Accessibility links

Kolonial Hindistan milyarderlərinin Retro avtomobilləri [Video]


Bu günün milyarderləri kimi, Kolonial Hindistanın maharacaları da vaxtilə öz cah-cəlallarını bahalı avtomobillər almaqla nümayiş etdirərdilər. İndi kollektor əşyalarına çevrilmiş əllə işlənmiş modelləri Parisdə unikal avtomobillərin nümyiş etrdirildiyi “Retromobil” sərgisində görmək olar.

Hindistan maharacaları üçün var-dövlətin əsas göstəricisi parıltılı Rolls-Roys avtomobilləri sayılırdı. Lakin onlardan bəziləri qeyri-adi modellər sifariş verərdilər.
Antik avtomobillər “Retromobil” şousunun direktoru Fransua Merson avtomobillərin alıcıların spesifik istəklərinə uyğun hazırlandığını deyir. “Xüsusi sifarişlə işləyənlərə yalnız çərçivə verilir və onlar müştərinin istədiyini düzəldirdilər.”

Bu qeyri-adi avtomobillərdən biri də "Qu Quşu" avtomobilidir. Bu avtomobil Hindistanda yaşayan bir şotlandiyalı tərəfindən sifariş verilib və sonradan Nabba maharacasına satılıb. Merson bu avtomobildə xüsusi buxar sisteminin də yerləşdirildiyini deyir. “İsti buxar qu quşunun boğazından və dimdiyindən çıxır. Bu avtomobil Kəlküttə küçələrində gedərkən buxar kütlənin dağılmasına yardım edirdi.”

Bu, isə İtaliyada hazırlanmış lüks Françini 8-A avtomobilidir. Saatda 150 km sürətlə gedən bu avtomobili Kotvara Racası Sacid Hüseyin tərəfindən sifariş verilib. Racanın qızı Kenzi Murad atasının İtaliya avtomobillərini Rols-Roysdan üstün tutduğunu deyir.
“Mənim atam həmişə Britaniyaya zidd olub, çünki Hindistan onun müstəmləkəsi idi. Buna görə də o Rolls-Roysu deyil, İsotta Frasçinini seçmişdi.”

Əvvəllər bu avtomobil “Led Zeppelin” rok qrupunun meneceri Piter Qranta məxsus olub. Lakin hazırda bu avtomobil Amerikanın Kolorado ştatındakı müasir “Raca” kolleksiyasının tacıdır və dəyəri yüz min dollardan yuxarıdır.
XS
SM
MD
LG