Accessibility links

Pakistanın prezidenti Asif Əli Zərdari Dehlidə Hindistanın Baş naziri Manmohan Sinqhlə görüşüb. Cənab Zərdari 2005-ci ildən sonra Pakistanın Hindistana səfər edən ilk dövlət başçısıdır.

Görüşdən sonra birgə mətbuat konfransı zamanı danışan cənab Zərdari danışıqlar zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinin müzakirə edildiyini deyib. O əlavə edib ki, yaxın zamanlarda Hindistan liderinin Pakistana səfər edəcəyini gözləyir.

Cənab Sinqh öz növbəsində deyib ki, iki ölkə aralarındakı fikri ayrılıqlarını sülh yolu ilə həll etməlidir.

Nüvə silahına malik iki ölkə 2008-ci ildə Mumbayda terror hücumlarından sonra münasibətlərin normallaşdırılmasına çalışır. Hindistan təhlükəsizliklə bağlı narahatlıqlarını bildirirək, Pakistanın terror qruplarının qarşısını almaq işində ciddilik nümayiş etdirməsini istəyir. Hindistan Mumbay hücumlarına görə Ləşkər-i Taibə yaralqı qrupunu günahlandırır.

Mumbayda hücumların təşkilatçısı olan islamçı Hafiz Səid Pakistanda açıq fəaliyyət göstərir. Birləşmiş Ştatlar keçən həftə Səidin ələ keçirilməsi üçün 10 milyon dollar mükafat veriləcəyini elan edib.

XS
SM
MD
LG