Accessibility links

Hindistanın Pakistan sərhədi yaxınlığındakı polis məqtəqəsinə silahlı hücum olub


Hindistanın Pakistanla sərhədindəki Pəncab ştatında polis məqtəqəsinə edilən silahlı hücum zamanı azı 6 nəfərin öldüyü xəbər verilib.

Rəsmilərin dediyinə görə, güclü silahlanmış şəxslər bu gün polis məntəqəsinə hücumdan əvvəl Qordaspur şəhərindəki avtobus dayanacağına hücum edib. Müxtəlif mənbələrdən alınan xəbərlərdə deyilir ki, ölənlərdən ikisi mülki vətəndaşdır. Hücumçuların barikada quraraq, polislə atışdığı bildirilib.

Hindistandan alınan xəbərlərdə eləcə də, həmin bölgədəki dəmir yol xəttində 5 bomba aşkar edildiyi deyilir.

Hindistanın daxili işlər naziri Racnat Sinqh müxbirlərlə söhbəti zamanı insidentə cavab olaraq, Pakistanla sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə göstəriş verdiyini deyib.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, bəzi xəbərlərdə hücumçuların Pəncaba Hindistanın nəzarətindəki Kəşmirdən gəldikləri deyilir.


Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG