Accessibility links

Hindistan regionda nüfuzunun azalmasından narahatdır


Hindistan regionda nüfuzunun azalmasından narahatdır

Hindistan regionda nüfuzunun azalmasından narahatdır

Riçard Holbruk deyib ki, ABŞ ilə Pakistann münasibətlərinin yaxşılaşması Hindistana mənfi təsir etməyəcək

ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Hindistanın ABŞ ilə Pakistan əməkdaşlığın genişlənməsi və İslamabadın Əfqanıstanda artmaqda olan rolu barədə narahatlığını azaltmaq üçün yollar axtarır. Səfir Riçard Holbruk Bu gün Dehlidə deyib ki, ABŞ ilə Pakistanın münasibətlərinin yaxşılaşması Hindistanın regional təhlükəsizlik sahəsindəki rolunu kiçiltməyib. Holbruk deyib ki, Əfqanıstan Pakistanın rolu olmadan olmadan sabitləşə bilməz, lakin Hindistan bu sahədə mühüm rol oynamalıdır. Əfqanıstanın Taliban ilə barışıq səylərinin Pakistanın aparıcı rol oynamasıylə nəticələnə biləcəyi də Hindistanı narahat edir. ABŞ- ın baş hərbi qərargahlar rəisi qeyd edib ki, Vaşinqton hərbi əlaqələrini Hindistan və Pakistan ölkələrinin hər ikisi ilə möhkəmləndirib. Admiral Mayk Mulen bildirib ki, bu iki ölkə bir çox məsələlərdə Əfqanıstan haqda razılığa gəlmirlər, lakin eyni zamanda sabitlik və Kabilda təhlükəsiz hökumətin olmasını istəyirlər.

XS
SM
MD
LG