Accessibility links

Hindistanda polis və nümayişçilər arasında toqquşma baş verib



Polis Hindistan paytaxtında 23 yaşlı tələbə qızı zorlayan altı nəfər barədə tez zamanda hökmün çıxarılması tələbilə ikinci gündür nümayiş keçirən insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

İqtidarda olan Konqres partiyasının başçısı Sonya Qandi gecəyarı nümayişçilərlə söhbət etmək üçün onların qarşısına çıxıb. Bazar günü o yenidən oğlu Rahulla nümayişçilərlə görüşüb. Rahul Qandinin ölkənin gələcək baş naziri olacağı gözlənilir.

Dehli polisi etirazçıların zorlanma əleyhinə kütləvi nümayişlərin keçirildiyi ərazilərə getməsinin qarşısını alıb. Polis nümayişçilərin prezident iqamətgahı və parlament binası yaxınlığındakı ərazilərə buraxılmadığını bildirib.

Nümayişçilərin böyük hissəsi tələbə qızı zorlayan altı kişiyə ölüm hökmünün çıxarılmasını tələb edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG