Accessibility links

Hindistan məhkəməsi ölümlə nəticələnmiş zorlama hadisəsinə baxış keçirib


Hindistan məhkəməsi Yeni Dehlidə dekabr ayında avtobusda baş vermiş zorakılıq haqda birinci hökmü təxirə salıb.

Rəsmilər bildirir ki, hökm avqustun 5-dək təxirə salınıb. Ali Məhkəmənin azyaşlı barədə hüquqi açıqlamanı dəyişdirməsi gözlənilir.

Polis nəzarətində üzü bağlı məhkəməyə gətirilən müttəhim hadisə zamanı 17 yaşında olub.

O, adam öldürməyə cəhd və zorlama maddəsi ilə üç ilədək həbslə üzləşir.

Adı açıqlanmayan bu şəxs cinayət işində təqsirli bilinən altı nəfərdən biridir. Digər şübhəlilərin barəsində isə bir neçə ay ərzində hökm çıxarılması gözlənilir.

Zorakılıq hadisəsi Hindistanda ölkə boyu etirazlara səbəb olub. Nümayişçilər zorakılıq qanunlarının daha da ağırlaşdırılmasını tələb edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG