Accessibility links

Salman Rüşdinin Hindistanda kitab festivalında video-müraciəti təxirə salınıb


Salman Rüşdinin Hindistanda kitab festivalında video-müraciəti təxirə salınıb
Salman Rüşdinin Hindistanda kitab festivalında video-müraciəti təxirə salınıb

Hindistanda ən böyük kitab festivallarının birinin təşkilatçıları yazıçı Salman Rüşdinin televiziyada yayımlanması nəzərdə tutulmuş çıxışını zorakı etiraz nümayişləri təhlükəsi altında təxirə salıb.

Rüşdi Hisdistanın qərbində Racastan ştatında keçirilən Caypur Ədəbiyyat Festivalında video-müraciətlə çıxış etməli idi, lakin bəzi müsəlman qruplar onun çıxışına etiraz edib.

Hind mənşəli Britaniya yazıçısı Hindistanın kəşfiyyat rəsmilərinin qatillərin Mumbaydan Caypura gəldiyi haqda məlumat verməsindən sonra festivala səfərini təxirə salmışdı.

Rüşdinin 1988-ci ildə yazdığı “Şeytan Ayələri” kitabı bir çox müsəlman liderlər tərəfindən küfr kimi qiymətləndirilib.

Hindistanda anadan olmuş Rüşdi İranın o dövr lideri Ayətullah Ruhulla Xomeyninin onun ölümünə fitva verməsindən sonra illərlə gizlənməli olmuşdur. Kitab hələ də Hindistanda qadağan edilib.

Festivalın təşkilatçısı Sonya Roy deyib ki, müsəlman fəallar festivalın keçirildiyi yerin qarşısına toplaşıb, etirazçılar isə festivalın işinə mane olmaq və Ruşdi video vasitəsilə yayımlanması nəzərdə tutulan çıxışını etsə, zorakılıqlar törətmək üçün kütlənin içərisinə daxil olub.

Sonya Roy bildirib ki, nə qədər ağır olsa da, o, Rüşdinin çıxışını təxirə salmaq qərarına gəlib. Qərar Racastan polisi ilə məsləhətləşmələrdən sonra verilib.

XS
SM
MD
LG