Accessibility links

“Balaknamə” - Küçə uşaqlarının həyatından bəhs edən qəzet [Video]


“Balaknamə” - Küçə uşaqlarının həyatından bəhs edən qəzet
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Bəzən qəzetlər küçələrdə yaşayan uşaqların acınacaqlı həyatından yazır. Lakin Hindistanın paytaxtı Dehlidə bir qrup küçə uşağı çəkdikləri əzab və həyat uğrunda mübarizədən bəhs edən aylıq qəzet nəşr edir. “Balaknamə” – “Uşaqların səsi” adlı qəzet 19 yaşa qədərki insanların həyatından danışır və artıq bu qəzetin 10 minə yaxın oxucusu var.

Azyaşlı uşaqların əməyindən tutmuş evlənmələrinə, cinsi zorakılıqlara məruz qalmalarından tutmuş narkotik maddələrə aludəlik kimi məsələlər “Balaknamə”nin əsas mövzularıdır. “Mübahisələr yeni mövzular gələndə başlayır. Biri bir mövzunun, digəri isə başqa mövzunun daha maraqlı olduğunu deyir və seçim edilənə qədər müzakirələr gedir” deyə, qəzetin işçisi Şanno bildirir.

Bu qəzetin ölkənin bir neçə ştatında 70-ə qədər müxbiri var. Onlardan 14-ü məlumatları paytaxtdan verir. Qəzetin yazarları, müxbirləri və menecerlərinin hamısı evsiz uşaqlardır. Qəzetin müxbiri Yoti Kumari: “Mən dilənir, narkotik maddələrdən istifadə edir, bəzən də zibil yığardım. “Balaknamə” haqda xəbər tutduqdan sonra orada işləməyə başladım. Əvvəlcə mən kiçik müxbir idim, sonra böyük müxbir oldum, indi isə redaktor olmağa hazıram.”

Bu uşaqların çoxunun valideynləri işsiz və savadsızdır. Qəzetdə işləməyə başlayandan sonra onlar pul qazanır, təhsillərini xüsusi proqramlar vasitəsilə qiyabi olaraq davam etdirirlər.

Səkkiz səhifəlik qəzet 2002-ci ildən ayda bir dəfə dərc edilməyə başlayıb. Qəzetdə çalışan uşaqların, həm də minlərlə digər uşağın həyatını dəyişən bu qəzetə qeyri-hökumət və xeyriyyə təşkilatları yardım edir. “İnsanlar onlara təşəkkür edəndə, onlar özlərini daha güclü və daha cavabdeh hiss edir. Onlar rəsmilər və media qarşısına daha əminliklə çıxırlar” deyə, qəzeti maliyyələşdirənlərdən biri Sancay Qubta bildirir.

Qəzet 3 sentə satılır ki, bu da Hindistanda bir fincan çaydan da ucuzdur. Lakin bu pul küçə uşaqlarında gələcəyə ümid yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG