Accessibility links

Hindistanın Andra-Pradeş ştatında ötən gecə baş verən qatar qəzası zamanı azı 35 nəfər ölüb, onlarla insan yaralanıb.

Dəmir yol rəsmiləri gecə saat 11 radələrində sərnişinlərin çoxunun yatdığı vaxt 8 vaqonun relsdən çıxdığını deyib. Vaqonların dağıntıları altında qalan insanların xilasetmə əməliyyatları gecə boyu davam etdirilib. Yaralanan sərnişinlərin çoxu yaxınlıqdakı xəstəxanalara çatdırılıb, xəsarət almayanlar isə yaxınlıqdakı Bubaneşvar şəhərinə göndərilib.

Şərq Bölgəsi Dəmir Yol İdarəsinin sözçüsü J.P. Mişra Hindistan televiziyası ilə çıxışında hazırda əsas prioritetin xəsarət alanların ən yaxşı şəkildə müalicə olunması olduğunu deyib.

Ölkənin baş naziri Narendra Modi isə özünün Twitter səhifəsində hadisənin kədər doğurduğunu və Dəmiryol Nazirliyinin xilasetmə əməliyyatlarını tez bir zamanda başa çatdıracağını bildirib.

Rəsmilər qəzanın səbəbinin araşdırıldığını bildirsələr də, təxribatın da mümkün olduğu istisna edilmir.

XS
SM
MD
LG