Accessibility links

Hindistanda sərnişin qatarı qəzaya uğrayıb


Rəsmilərin bildirdiyinə görə, Hindistanın şimalında qatarın qəzaya uğraması azı 30 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olub. Sərnişin qatarının Uttar Pradeş ştatının Çureb stansiyasında dayanmış yük qatarı ilə toqquşduğu haqda məlumat verilir. Qəza zamanı altı vaqonun dəmir yolu xəttindən çıxdığı bildirilir.

Vəzifəyə gələcək yeni baş nazir Narenda Modi qatar qəzası zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Dünyanın ən böyük dəmir yol şəbəkəsinə malik olan Hindistanda belə qəzalar tez-tez baş verir. Bunun əsas səbəbləri kimi əsasən qatarlarda texniki nasazlıq və insanların yol verdiyi səhvlər göstərilir.
XS
SM
MD
LG