Accessibility links

Hindistanın mərkəzində baş verən daşqınlar iki sərnişin qatarının qəzaya uğramasına səbəb olub. Nəticədə azı 24 nəfər ölüb, onlarla insan yaralanıb.

Qatarların relsdən ötən gecə Madya-Pradeş ştatında, Maçak çayının üəzrindəki kiçik körpüdən keçərkən çıxdığı bildirilir.

Gecə qaranlığında sərnişinlərin axtarışının çətin olduğu, bəzi sərnişinlərin yarıya qədər palçığa batmış vaqonlarda qaldığı deyilir.

Məlumatda bildirilir ki, səhər 300-dən çox sərnişin xilas edilib, lakin ölənlərin sayının daha çox olacağı ilə bağlı narahatlıqlar mövcuddur.

Hər gün 20 milyondan çox sərnişinin daşındığı dünyanın ən böyük dəmir yolu şəbəkəsinə malik Hindistanda qəzalar tez-tez baş verir.

XS
SM
MD
LG