Accessibility links

Indoneziyada qəzaya uğramış Rusiya təyyarəsinin qalıqlarının axtarışı davam edir


İndoneziyada xilasetmə dəstələri çərşənbə günü vulkanik zonada qəzaya uğramış Rusiya təyyarəsində ölənlərin axtarışını davam etdirir.

Hadisə qurbanlarının ailə üzvləri Cakartada cəsədlərin gətirildiyi xəstəxanada toplaşıb. Təhqiqatçılar təxminən 45 sərnişinlə havaya qalxmış Rusiya təyyarəsinin qəzasından sonra kiminsə sağ qaldığına inanmır.

Təyyarənin qəzaya uğramasının səbəbi aydın deyil. Sukhoy Superjet 100 təayyarəsi çərşənbə günü nümayiş üçuşu yerinə yetirmək üçün Cakarta hava limanından səmaya qalxmışdı. Təyyarənin sərnişinləri jurnalistlər, mümkün alıcılar və ekipaj üzvlərindən ibarət idi. Uçuş bir saat davam etməli idi.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, İndoneziyanın nəqliyyat nazirliyi pilota 3 min metr yüksəklikdən 1800 metr yüksəkliyə enmə haqda icazə verdiyini təsdiqləyib. Pilotun enməyə icazəni nə üçün istədiyi aydın deyil. Yüksəkliyi dəyişdikdən bir qədər sonra təyyarə ilə rabitə kəsilmiş və o, 2220 metr yüksəklikdə vulkan dağına çırpılmışdır.

Sukhoy Superjet 100 Rusiyanın Aeroflot və Ermənistanın Armavia hava şirkətləri tərəfindən istifadə edilir.

XS
SM
MD
LG