Accessibility links

İndoneziyada təyyarə qəzaya uğrayıb


İndoneziya rəsmiləri hərbi nəqliyyat təyyarəsinin Sumatra adasında, mülki vətəndaşların yaşadığı məhəllədə qəzaya uğraması nəticəsində azı 45 nəfərin həlak olduğunu bildirib.

Hercules C-130 tipli təyyarə bu gün günorta vaxtı İndoneziyanın üçüncü böyük şəhəri olan Medanda düşərək, iki evi və bir mehmanxananı dağıdıb.

Hərbi qüvvələrin sözçüsünün bildirdiyinə görə, dörd mühərrikli turboprop təyyarə yaxındakı hava limanından göyə qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Yerli media detalları məlum olmayan texniki problemlərə görə təyyarənin geri qayıtmağa cəhd etdiyini bildirib. Xəbərlərdə deyilir ki, ölənlərin daha çox olacağı gözlənilir. Yerli media və rəsmiləri hərbi təyyarədə 113 nəfərin olduğunu bildirib.

2012-ci ilin iyun ayında Cakartada evlərin üstünə düşən və 11 nəfərin ölümü ilə nəticələnən qəza da daxil edilməklə, son illər İndoneziyada bir neçə təyyarə qəzası baş verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG