Accessibility links

İndoneziyanın səyyar sirkində delfinlər əziyyət çəkir

  • Nərminə Cəlalqızı

Heyvanları müdafiə fəallarınının bildirdiyinə görə, İndoneziyanın dünyada yeganə səyyar sirkində canlı delfinlər çıxış edir. Ölkə boyu yararsız yük maşınlarında səyahət edən və pis şəraitdə saxlanılan delfinlərdən biri tamaşa zamanı ölüb.

Balıq vəd edilən və fitlə çağırılan delfinlər sirkin ulduzlarıdır. Gurultulu musiqi sədaları altında delfinlər həlqələr fırladır, rəqs edir. İndoneziyada qeyri-qanuni ticarət qurbanı olan bu delfinlər əsasən uşaqlar tərəfindən alqışlanır.

Heyvanların müdafiəsi qrupunun lentə aldığı kadrlarda Mərkəzi Cavadan olan bu şəxsin sirkdə çıxış edən hər delfindən 400 dollar gəlir əldə etdiyini nümayiş etdirilir.

Cakartada Heyvanlara Yardım Təşkilatının təsisçisi Femki Haas balıqçı olan bu şəxslə 2010-cu ildə tanış olduğunu deyir. “O, bizə açıqca bildirdi ki, səyyar şoular və delfinlərin saxlandığı mərkəzin sahibi balıqçılara onun vasitəsi ilə pul ödəyir, o isə bunun müqabilində benzin pulu alır."

Sirk təşkilatçılarının bildirdiyinə görə, onlara hökumət tora düşən delfinləri xilas edib, təlimatçılıq məqsədi ilə istifadə edilməsinə icazə verib. Güclü xlorlanmış kiçik hovuzlarda saxlanılan Delfinlər bir aylıq çıxışlardan sonra bağqa kəndlərə aprılır.
Lakin sirkin meneceri Rommi delfinlərə yüksək səviyyədə qulluq edildiyini deyir. “Biz heyvanlarla işləyirik və biz onlara özümüzdən də yaxşı qulluq edirik.”

Delfinlər kökləri kəsilməkdə olan bəzi sirk heyvanları arasında dəyərli hesab edilir.

Meşə Nazirliyində işləyən Aqus Sutitonun delfinlərin səyyar siklərdə çıxışına icazəsi var.
O, delfinlərin qanunsuz şəkidlə ovlandığı barədə məlumatı olmadığını desə də, bunun mümkün olduğunu deyir. “Qeyri-qanuni ticarət dünyanın hər yerində var. Belə ticarətlət insanları hələ də özünə cəlb edir.”

Maraqlısı budur ki, delfinlər İndoneziyada bu iki delfin ehtiyac duyduğu uğur və müdafiə rəmzidir.
XS
SM
MD
LG