Accessibility links

Braziliya və Hollandiya Indoneziyadakı səfirlərini geri cağırıb


Braziliya və Hollandiya 5-i xarici vətəndaş olmaqla, 6 nəfərin edamına etiraz olaraq Indoneziyadakı səfirlərini geri cağırıb.

Narkotik qaçaqmalçılığında ittiham edilən şəxlər Mərkəzi Yava vilayətində bu gün gecə güllələnib.

İndoneziyanın baş prokurorluğu hökumətin qaçaqmalçılar, cinayətkarlar və narkotik sindikatlarına güzəştə getməyəcəyini bəyan edir.

Hollandiyanın xarici işlər naziri Bert Koenders edamları qeyri-insani əməl adlandıraraq, bunun insan ləyaqətinə zidd olduğunu bildirib.

Braziliya hökumətinin bəyanatında edamların iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi deyilir.

Amnesty International bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib.

İndoneziya prezidenti Joko Uidodo əfv çağırışlarını rədd edib.

İndoneziya ölüm cəzasını 2013-cü ildə bərpa edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG