Accessibility links

Beş ildir axtarışda olan militant öldürülüb


İndoneziya rəsmiləri bildirir ki, polis ilə atışma zamanı uzun zamandır axtarışda olan militant öldürülüb.

Santoso və digər militant Sulavesi adasının şərq hissəsində yerləşən Poso regionunda öldürülüb. Polis və hərbi qüvvələr beş ildir ki, Santosun axtarışında idı.

Polis rəhbəri general Tito Karnavyan bildirib ki, Santosonun ölümü təsdiqlənib.

Santoso İndoneziyanın şərqində Mucahidlər qrupunun başçısı olub. Bu qrup İŞİD-ə bağlılığını elan etmişdi.

Polis rəhbəri militantın ölümünü böyük qələbə adlandırıb və bu əməliyyatın qrupun böyüməsinin qarşısını aldığını deyib.

Qrupa Çində yaşayan etnik uyğur müsəlmanların da qoşulduğu deyilirdi.

ABŞ Santosonu bu ilin əvvəlində qlobal terrorist siyahısına əlavə etmişdi. Dövlət Departamenti Şərqi İndoneziya Mucahid qrupunu qətllərdə və insan oğurluğundan məsul olduğunu açıqlayıb.

XS
SM
MD
LG