Accessibility links

Dünya Yeni İli qarşılayır [Fotoqalereya]


Nəhəng atəşfəşanlıq nümayişi Avstraliyanın Sidney şəhərinin limanını işıqlandırdı. Avstraliyanın şərq sahili və başqa Sakit Okean ölkələri Yeni İli qarşılayan ilk ölkələr oldu.

Təxminən 1.5 milyon insan Sidney limanı ətrafına toplaşaraq 6.9 milyon dollara başa gələn atəşfəşanlıq şousunu izləyib. İnsanlar şounu yaxın yerlərdən izləmək üçün günün əksər hissəsini açıq havada keçirib. Bir çoxları isə televiziya vasitəsilə avstraliyalı pop ulduz Keyli Minonun öz çıxışına start verməsini izləyib.

Yaponiyada isə milyonlarla insan 2013-ci ilin başlamasını qeyd etmək üçün ənənəvi dua mərasimində iştirak və dua etmək üçün Şinto ziyarətgahı və Buddist məbədlərinə ziyarət edib.

On minlərlə insan Hon-Konq limanının əks tərəfinə toplaşaraq, Yeni İl ərəfəsində ilk dəfə özünəməxsus şəkildə atəşfəşanlıq nümayiş etdirib.

İndoneziyanın paytaxtı Cakartada isə rəsmilər ilk dəfə küçədə 16 səhnədə rəqs və pop musiqisi konsertlərinin olacağı Yeni İl karnavalının keçirilməsi üçün əsas şosselərə girişi bağlayıb.

Ötən il hərbi diktatura rejiminə son qoyulduqdan sonra Birmanın ən böyük şəhəri olan Ranqunda ilk dəfə ictimaiyyət üçün Yeni İl şənliyi keçirilir. Ranqunda yeni il münasibətilə atəşfəşanlıq və canlı musiqi izləmək üçün təxminən 50 000 insan toplaşıb.

Filippində isə rəsmilər insanların havaya atəş atması kimi təhlükəli hadisələrdən ehtiyat edərək tədbirlər görüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG