Accessibility links

İndoneziyada terror hücumu ilə əlaqədar 12 nəfər həbs edilib


İndoneziya polisi keçən həftə paytaxt Cakartada İslam Dövləti yaraqlılarının terror hücumu ilə əlaqədar 12 nəfəri həbs edib.

Milli polis qüvvələrinin rəisi Badrudin Haiti deyib ki, şübhəlilər ölkə boyu keçirilən reydlər zamanı həbs olunub. Onun bildirdiyinə görə, qrup terror hücumuna görə məsuliyyəti öz üzərinə götürmüş İslam Dövləti qrupu daxilində qeyri-müəyyən mənbələr tərəfindən maliyyə alıb.

Milli polis qüvvələrinin rəisi Badrudin Haiti

Milli polis qüvvələrinin rəisi Badrudin Haiti

Hücumda iştirak edən beş yaraqlının hamısı polis işçilərinə və Cakartada bir sıra başqa obyektlərə bombalar, qumbaralar və silahlarla hücum etdikdən sonra öldürülüb. İki mülki vətəndaş da hücumlar zamanı həyatını itirib.

Badrudin Haitinin sözlərinə görə, hücumun təşkilatçılarından biri bundan əvvəl prezident Barak Obamanın ölkəyə səfəri zamanı hərbi sursat saxladığına görə həbs edilmişdi.

Terror hücumu

Bu həftə baş vermiş hücum Cakartada 2009-cu ildə mehmanxanada yeddi adamın ölümülə nəticələnmiş partlayışdan sonra ən ciddi terror aktıdır.

Hücuma cavab olaraq regionda başqa ölkələrdə də təhlükəsizlik tədbirləri gücləndirilib.

Qonşu Malayziyada polis İslam Dövləti qrupunun üzvü olmaqda şübhəli bilinən şəxsin həbs edildiyini bildirib. O, ölkədə terror hücumları həyata keçirilməsini planlaşdırdığını etiraf edib. 28 yaşlı şübhəli Kuala Lumpurun dəmir yolu stansiyasında saxlanılıb.

Rəsmilər şübhəlinin üstündə silah gəzdirdiyini və bir neçə yerdə İslam Dövləti qrupunun bayrağını asdığını bildiriblər. Planlaşdırılan terror hücumunun detalları ilə bağlı məlumat verilməyib.

XS
SM
MD
LG