Accessibility links

İndoneziyalı təhqiqatçılar AirAsia təyyarəsinin sistemində problemin yaranması nəticəsində pilotların idarəni itirdiyini deyib. Təyyarə ötən il dekabr ayında Yava ​ dənizinə düşüb.

Yekun hesabatda Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi Aerobus A320-nin uçuşa nəzarət sisteminin lehiminin çatladığını və nəticədə siqnalizasiyanın işə düşdüyünü bildirib.

Təhqiqatçıların sözlərinə görə, qara qutudakı məlumata əsasən ekipaj üzvləri sükan sistemini idarə edən kompyuteri söndürməyə çalışıblar ki, bu da uçuş zamanı edilmir.

Reuters xəbər agentliyi təhqiqatçıların həmçinin təyyarənin texniki sisteminin “optimal” olmadığını təsdiq etdiyini, amma eyni zamanda, hava yolu şirkətinin o vaxtdan bəri təhlükəsizliyi təmin etmək üçün bir sıra tədbirlər gördüyünü bildirib.

Bundan əvvəlki hesabatda komitə təyyarənin kəskin sürətdə yüksəldiyini daha sonra isə suya dəymədən öncə dayandığını bildidib. Təyyarədə olan 162 nəfərin hamısı həlak olub.

XS
SM
MD
LG