Accessibility links

54 sərnişin daşıyan İndoneziya təyyarəsinin qalıqları Papua vilayəti ərazisində tapılıb. Təyyarə bazar günü pis hava şərtləri altında uçarkən qəzaya uğrayıb.

Rəsmilər axtarış təyyarəsinin qalıqları bazar ertəsi günü aşkar etdiyini və xilasedici komandaların Oksibil şəhərindən 12 kilometr uzaqlıqda yerləşən hadisə yerinə getməyə çalışdıqlarını deyirlər. Qəzada kiminsə sağ qalıb-qalmadığı məlum deyil.

Triqana Hava Yollarına məxsus 267 nömrəli uçuşla Oksibil şəhərinə hərəkət edən təyyarə ilə təmas o, Papuanın paytaxtı Cayapuradakı Sentani hava limanından havaya qalxandan yarım saat sonra itib. Təyyarə adətən Oksibil şəhərinə 50 dəqiqəyə çatır.

Aviasiya rəsmiləri deyir ki, 54 sərnişindən 5-i uşaq, 5 isə ekipaj üzvü olub.

Triqana İndoneziyada ölkədaxili fəaliyyət göstərir. 1991-ci ildə fəaliyyətə başlayandan indiyə kimi bu təyyarələr 14 ciddi qəzalara uğrayıb və Avropa İttifaqı bu şirkəti qadağa tədbiq edilən təyyarələrin qara siyahısına daxildir.

XS
SM
MD
LG