Accessibility links

İndoneziya və Malayziya miqrantlara yardımla bağlı razılığa gəlib


İndoneziya və Malayziya dənizdə qalan minlərlə miqrant və insan alveri qurbanlarına müvəqqəti sığınacaq verməyə razılaşıb.

Razılıq bu gün səhər Malayziya, İndoneziya və Tailand xarici işlər nazirləri arasında əldə olunub. Bu ölkələr miqrantlara yardım etməkdə könülsüzlük göstərirdilər.

Malayzuya xarici işlər naziri Anifah Aman razılığı bu gün mətbuat konfransında açıqlayıb: "İndoneziya və Malayziya hələ də dənizdə qalan 7 min qanunsuz miqranta humanitar yardımı davam etmək barədə razılığa gəlib. Biz həmçinin onları müvəqqəti sığınacaqlarla təmin etməyə razılaşdıq. Beynəlxalq ictimaiyyət isə qarşıdakı bir il ərzində onları daimi yaşayış yeri ilə təmin etməlidir. "

Nazir həmçinin dövlətləri və QHT-ləri bu missiyaya yardımı əsirgəməməyə çağırıb.

3 minə yaxın qayıqdan insanlar xilas edilib və ya özləri Malayziya, İndoneziya və Tailan sahillərinə çıxmağa müvəffəq olub. Ancaq insan haqları qrupları xəbərdarlıq edib ki, minlərlə digər insanın da heç bir təchizatsız dənizdə qaldığı ehtimal olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG