Accessibility links

İnternetdə tənqidə görə cəza


Məhkəmə bankı tənqid edən şəxsi cərimələyib və bir il islah işlərinə məhkum edib

Astara rayon məhkəməsi Mikayıl Talıbovu sosial şəbəkələrdə yaydığı tənqidlərə görə əmək haqqının 20%- i tutulmaqla bir il islah işlərinə məhkum edib.

Astara rayon məhkəməsinin qərarı Milli Məclisin internetdə böhtana görə Cinayət Məcəlləsində cinayət məsuliyyətinin müəyyən edilməsi barədə qanunvericiliyə dəyişiklik etməsindən sonra birincidir.

Media Hüququ İnstitutu (MHİ) internetdəki müzakirələr kontekstində işlədilən ifadələrə görə sərt cinayət cəzalarının tətbiqini nəzərdə tutan məhkəmə hökmünü qətiyyətlə pisləyir. Belə hökmləri demokratik dövlət prinsiplərinə yad, ifadə azadlığını ehtiva edən Konstitusiyanın mahiyyətinə zidd addım sayırlar.

Parlament 2013-cü il mayın 14-də 147-ci və 148-ci maddələrə cəzaları daha da sərtləşdirən dəyişikliklər edib, cəza internetdə yayılan ifadələrə də tətbiq edilir. Beləliklə, Astara rayon məhkəməsinin hökmü ilə M.Talıbov internetdəki ifadələrinə görə cinayət məsuliyyətinə cəlb olunub.

M.Talıbovun həbsinə səbəb “AccessBank”ı tənqid etməsi olub. “Accessbank”dakı işindən azad olunmasını qanunsuz sayan M.Talıbov facebook-da “Accessbank-Haqsızbank” adlı səhifə yaradıb və bankı tənqidə başlayıb. Bank buna görə məhkəmədən M.Talıbovun cəzalandırılmasını istəyib. Məhkəmə xüsusi ittihamı ittihamçının facebook-dan çıxardığı mətnlər çərçivəsində araşdırıb. Bu mətnlərdəki “Accessbank-Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və s. kimi ifadələr böhtan adlandırılıb. Bunun əsasında məhkəmə M.Talıbovu cəzaya məhkum edib, M.Talıbovun üzərinə facebook-da təkzib vermək vəzifəsi (?!) qoyub.

Cinayət Məcəlləsinin adı çəkilən maddələrinin ifadə azadlığına zidd olduğunu xatırladan MHİ bu cəzaların internet vasitəsilə yayılan bilgilərə tətbiqindən ciddi narahatlıq ifadə edib. Bu tipli cinayət cəzaları ifadə azadlığına ciddi təhlükə sayılıb. MHİ hökumətə ifadə azadlığına cinayət-hüquqi müdaxilənin yolverilməzliyini xatıraldaraq, “Diffamasiya haqqında qanunu” tezliklə qəbul etməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG