Accessibility links

Nazirlər Kabineti bir çox hallarda informasiya verilməsi üçün sorğuçudan ödəniş tələb edilməsinin qaydalarını təsdiq edib. Media Hüququ İnstitutunun direktoru Rəşid Haacılı: Nazirlər Kabinetinin öz qərarlarıın dərci natamamdır".

Bundan sonra bir çox hallarda informasiya sahibi sorğuçudan ödəniş tələb edəcək.
Azərbaycan Nazirlər Kabineti “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı”nı, “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları”nı, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”nı, “Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri”ni və “Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları”nı təsdiq edib.

Sənədə görə, informasiya sahibi sorğuçuya aşağıdakı hallarda haqq ödənilməklə informasiya xidmətləri göstərir:
- sorğuçuya artıq müvafiq informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;
- sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda;
- sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda;
- sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikdə.
Nazirlər Kabineti qərarını “İnformasiya əldə etmək haqqında” qanununa dəyişikliklər edilməsi barədə” qnunun 2012-ci il 20 aprel tarixində tətbiqi ilə əlaqədar qəbul etdiyini bildirir.

Müstəqil ekspertlər yeni qaydaların informasiya əldə etmək azadlığına təsir edəcəyini bildirib. Bununla yanaşı, ekspertlər yeni qaydaların qanunvericiliyə edilən dəyişikliklərdən irəli gəldiyini xatırladıb.


Media Hüququ İnstitunun direktoru Rəşid Hacılı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, bu məslərə qanuna dəyişiklik edilən zaman da tənqidlə qarşılanıb. İndi isə informasiya azadlığının təminatı qərarın necə yerinə yetirilməsindən daha çox asılı olacaq. “Doğrudur bəzi informasiya sorğuları var ki, onun araşdırılması üçün bəlkə də milyonlarla vəsait tələb olunur. Məsələn, qanunsuz tikililərin siyahısı barədə sorğuya cavab. Hələlik hökumət bunu araşdırmayıb. Bəzi, sorğulara cavab üçün isə yüzlərlə səhifə kağızdan istifadə etmək gərəkdir və s”.

Onun fikrincə, Nazirlər Kabinetinin qərarı sorğuya cavab verməmək üçün bəhanələr də yarada bilər. “Çünki sorğuya cavabın hansı şəkildə verilməsini müvafiq qurumun ictimaiyyətlə əlaqələrə məsul şöbəsi müəyyən edir. Bu halda sorğu edənin şikayət etmək hüququ var. Şikayətlər isə informasiya üzrə ombudsmana və məhkəmələrə edilə bilər. Ölkədə informasiya ombudsmanının səlahiyyətləri insan haqları üzrə ombudsman institutuna həvalə edilib və bu qurumun effektiv fəaliyyəti görünmür. Məhkəmələrin də bu sahədə qərarları xeyli dərəcədə şübhələr yaradır”- deyə o qeyd edib.
XS
SM
MD
LG