Accessibility links

İnqilabdan sonra Liviya iqtisadiyyatı çiçəklənir [Video]


Liviya inqilabın ardınca iqtisadi bum yaşayır. Beynəlxalq Valyuta Fondu iqtisadiyyatın keçən illə müqayisədə ikiqat artacağını proqnozlaşdırır. Bu, 2010-cu ildə Müəmmər Qəzzafinin idarəçiliyindəki dövrlə müqayisədə Liviyada iqtisadi aktivliyin əhəmiyyətli dərəcədə çoxalmasına dəlalət edir.
İnqilabdan sonrakı Liviyada iqtisadiyyat çiçəklənir
please wait

No media source currently available

0:00 0:02:48 0:00
Direct link

Şəhərin kənarında insanlarla dolu yolda yerləşən bu tərəvəz piştaxtası inqilabdan sonra iki dəfə böyüdülüb. Sahibkar İbrahim Cümə Qarquti məşğuldur. O, deyir ki, indi insanların xərcləməyə daha çox pulu var, və artıq hökumət nümayəndələri onu narahat etmir: “Əvvəlki hakimiyyət nümayəndələri lisenziyalarla bağlı bizi narahat edirdilər. Bələdiyyə polisləri mallarımızı alırdılar, bizi bezdirirdilər. Onlar yolu daraltdığımızı bəhanə edərək bizdən rüşvət tələb edirdilər. Lakin, indi o günlər geridə qalıb.”

Şəhərin mərkəzində də eyni əhval-ruhiyyə hökm sürür. “It’s For You” butikinə ardi kəsilməyən müştəri axını var. Sahibkar Məhəmməd əl-Sədi deyir ki, onun biznesi ikiqat artıb. "Sağ olsun hökumətin subsidiyaları, ən az ona görə ki, indi insanların xərcləməyə daha çox pulları var," Sədi dillənir. Dükan sahibi bunu həm də Liviya qadınlarının dəbdə olan malları almaq həvəsində olmaları ilə əlaqələndirir. İqtisadçılar bunu “toplanmış təlabat” adlandırırlar:

“Allaha şükürlər olsun ki, indi hər şey dəyişib, ölkə irəliyə doğru gedir və getdikcə sabit inkişaf gəlir. Ölkədə böyük dəyişikliklər baş verib və biz Liviya bazarının tələblərini asanlıqla izləyərək Liviya istehlakçılarının istəklərini təmin edə bilirik”

Əl-Sədi deyir ki, Qəzzafi erasına xas qadağalar artıq mövcud deyil, nəyi haradan istəsən idxal edə bilərsən.

Buna baxmayaraq inkişaf universal deyil. Qəzzafinin əlaltılarının qaçmasından sonra sərmayəçi narahatlıqları şəhəri yarımçıq qalmış tikililərlə korlayıb.

Tripoli Post qəzetinin nəşriyyatından redaktor Səid Laşad deyir ki, Liviya iqtisadiyyatının əsaslı yenidənqurmaya ehtiyacı var:

“Hələ də iqtisadiyyatı keçmiş rejimin neqativ görkəmində və təfəkküründə olan adamlar idarə edir. Dogurdan da hər şeyi dəyişib yenidən başlamaq lazımdır. Biz hər şeyi sıfırdan başlamalıyıq.”

Ekspertlərin çoxunun təklif etdiyi dəyişiklik diversifikasiyadır. Neft Liviya iqtisadiyyatının 65, ixracatın isə 95 faizini təşkil edir. Səid Laşad deyir ki, yeni hökümət rüşvət mədəniyyətinə və mərkəzləşmiş hakimiyyətə son qoymalı və ölkənin can üstə olan özəl sektorunun inkişafina təkan verməlidir.

“Burada özəl sektora oxşar heç nə yox idi. Hər şey hökumətin, Qəzzafinin və onun əlaltılarının əlində idi.”

Laşad deyir ki, xalqın Qəzzafinin hakimiyyəti illərində onlardan milyardlarla dollar oğurlamış şəxsləri məsuliyyətə cəlb etmək hüququ var. O, bildirir ki, buna baxmayaraq çox biznesmenlər var ki, onların rejimlə münasibətləri minimum səviyyədə olub. Bu biznesmenlər iqtisadiyyatın bərpa olunmasında, hamının faydalana biləcəyi daha ədalətli və şəffaf sistemin qurulmasında aparıcı rol oynaya bilərlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG