Accessibility links

İntiqam Əliyevlə bağlı kampaniya başlayıb


İntiqam Əliyev (Foto Ülvi Həsənlinindir)
İntiqam Əliyev (Foto Ülvi Həsənlinindir)

Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasi məhbuslarla bağlı təşkil etdiyi dəstək kampaniyasnı davam etdirir. Bu dəfəki kampaniya hüquqşünas, vicdan məhbusu İntiqam Əliyevə həsr edilib. Bu barədə partiyanın facebook səhifəsində məlumat verilib:

“Siyasi məhbuslara dəstək kampaniyamız davam edir. Kampaniya çərçivəsində növbəti aksiyamız dəyərli hüquqşünasımız, Azərbaycanın ən vicdanlı insanlarından biri İntiqam Əliyevə həsr olunur.

Hazırda İntiqam bəyin məhkəməsi gedir. Fevralın 17-i saat 11:00-da növbəti məhkəmə iclasıdır. Bu aksiyamız həm də İntiqam bəyin məhkəməsinə diqqəti artırmaq üçündür.

Sizləri #freeIntigam və #İntiqamiazadet haştaqları ilə keçirdiyimiz aksiyada fəal iştiraka çağırırıq. Profil fotolarınızı İntiqam bəy üçün hazırladığımız fotoya dəyişin. Qeyd olunan haştaqlarla İntiqam bəy haqqında yazın, onun fotolarını, fikirlərini, məhkəmədə dediklərini paylaşın. Mümkün bildiyiniz bütün vasitələrlə İntiqam bəyə - günahsız həbsdə yatan bu dəyərli, aydın şəxsiyyətimizə dəstəyinizi ifadə edin”, deyə statusda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG