Accessibility links

Ən pis insan alverçiləri siyahısına daha səkkiz ölkə əlavə olunub [Video]


Birləşmiş Ştatlar insan alveri ilə məşğul olan ölkələr siyahısına daha səkkiz ölkəni əlavə edib. Cümə axşamı ABŞ Dövlət Departmanentinin açıqladığı hesabatda Birma, Haiti, Cibuti, Papua-Yeni Qvineya, Sudan, Surinam, Türkmənistan və Özbəkistan insan alverinin olduğu ən pis 27 ölkə sırasına daxil edilib.

Bu 20 milyon insan bizim kimi insanlardır. Onların adları var. Çoxlarının ailəsi var, və ya vardı. Və onların cəhənnəm əzabı çəkməyə məhkum olunublar. Müasir dövrdə heç kəs bu əziyyətləri yaşamamalıdır.

ABŞ dövlət katibi Con Kerrinin dediyinə görə, insan alveri dünya boyu 20 milyon insanı müasir əsrin qullarına çevirən 150 milyard dollarlıq sənayedir.

“Bu 20 milyon insan bizim kimi insanlardır. Onların adları var. Çoxlarının ailəsi var, və ya vardı. Və onların cəhənnəm əzabı çəkməyə məhkum olunublar. Müasir dövrdə heç kəs bu əziyyətləri yaşamamalıdır,” deyə dövlət katibi bildirib.

İnsan alveri qurbanları seks kölələri, sənaye və da ev quldarlıqı etməli, azad olunmaq şansları olamayan əsgər və cinayətkar olmağa vadar olunurlar. Əksər hallarda onlar səfalətdə, yeməksiz, içməksiz və tibbi yardım olmadan yaşayırlar.

“Biz hamımız bu insanların kədərli hekayəsini bilirik: qızlar seks quldarlığına cəlb olunur, qadınlar şkaflarda yaşayırlar və oradan bir tək yemək bişirmək, paltarları yumaq, yerləri silmək üçün çıxa bilirlər. Oğlan və kişilər isə yatmadan gecə-gündüz və çox vaxt isti havada və ya dəhşətli şəraitdə işləməyə məcbur edilirlər.”

Myanmanın Rohingya müsəlmanları

Myanmanın Rohingya müsəlmanları

Müharibənin getdiyi regionlarda uşaqlar müxtəlif fraksiyalarda döyüşmək üçün qaçırılırlar. Bəzi insanlar, başqa çıxış yolu görmədikləri üçün könüllü olaraq qula çevrilir. Yoxsul gənclər Birləşmiş Ştatlar kimi fərqli bir ölkədə iş imkanları və daha yaxşı həyat vədləri ilə köləliyə cəlb olunurlar.

“ABŞ boyu 153 gənc köləlikdən xilas edilib.”

Amma bir çox ölkədə dövlət orqanları bu cinayətə göz yumur. Bəzi hallarda isə qaçaqmalçılıq hətta dövlət tərəfindən dəstəklənir. Birma höküməti, məsələn azlıq qrupları təmsil edən insanları məcburi əməyə məruz qoymağa, uşaqları isə dövlətin silahlı qüvvələrinə cəlb etməyə davam edir. Özbəkistan isə böyükləri pambıq tarlalarında işləməyə məcbur edir.

Birləşmiş Ştatlar insan alverçilərini cinayət məsuliyyətinə cəlb etmədiklərinə görə hökümətləri qınayır.

XS
SM
MD
LG