Accessibility links

Elm

İnsan beyninin araşdırılmasında milçəyin rolu [Video]


İnsan beynində 100 milyarddan çox neyron var. Milçək beynində isə neyronların sayı 100 mindir. Bu alimlərə milçəklərin hərəkətlərə reaksiyasını daha asan bir şəkildə öyrənə bilməsinə kömək edir.

Bunu etmək üçün alimlər milçəyin istədiyi istiqamətdə hərəkət etdirə bildiyi top formasında kiçik qaçış trenajoru düzəldiblər.

Onun üzərindəki kiçik ekranda hərəkət edən obyektlər göstərildikcə milçək onlara toxunmamaq üçün ayaqlarının istiqamətin dəyişir.

Thomas Klandin Stanford universitetində neyrobioloqiya üzrə professor köməkçisidir.

“Qaçış trenajorunda hərəkət zamanı biz onların nə gördüyünü və onları gördükdən sonra nə etdikləri arasında əlaqəni müəyyən edə bilərik”-deyə Thomas Klandin bildirir.

Laboratoriyanın başqa hissəsində isə eyni şəkilləri insana göstərilir və onun beyninin aktivliyi qeyd edilir. Alimlər insanlar və milçəklərin beyninin eyni sxem üzrə işlədiyini görüb təəccübləniblər.

Thomas Klandin: “Beyində görmə qabiliyyəti funksiyasının yerinə yetirilməsi üçün əsas alqoritmlərin çox oxşar olduğu aşkar edilib."

Alimlər indi milçəklərin hərəkət edən əşyalara reaksiya göstərən hansı neyronlardan istifadə etdiyini və insan beyninin oxşar informasiyaya necə reaksiya verdiyini araşdırırlar.

Alimlərin əsas məqsədi psixi və nevroloji xəstəliklərin müalicəsində daha mükəmməl üsullar tapmaqdan ibarətdir.
XS
SM
MD
LG