Accessibility links

İnsan haqları sahəsində Ərəb Baharının göstəriciləri müxtəlif olub

  • Nərminə Cəlalqızı

İnsan haqları sahəsində Ərəb Baharının göstəriciləri müxtəlif olub

İnsan haqları sahəsində Ərəb Baharının göstəriciləri müxtəlif olub

Bir vaxtlar diktatorluğun hökm sürdüyü Tunisdə xalq tərəfindən seçilmiş qanunvericilər və Misirdə baş verən dəyişikliklər Ərəb Baharının nəticələridir

Bu günə qədər davam edən Ərəb Baharının insan haqları sahəsində göstəriciləri müxtəlif olub. Amma dünya boyu fəallar bu hərəkatın artıq onları öz ölkələrində dəyişikliklər etməyə həvəsləndirdiyini deyirlər. Bir vaxtlar diktatorluğun hökm sürdüyü Tunisdə xalq tərəfindən seçilmiş qanunvericilər və Misirdə baş verən dəyişikliklər Ərəb Baharının nəticələridir. Bir il öncə Yaxın Şərq və Şimalı Afrikada baş qaldıran etiraz dalğası hər yerdə avtoritar hökumətləri qorxuya salıb.

Küçə toqquşmaları Misirdə Hüsnü Mübarək kimi uzunmüddətli rejimləri bitirdi. Suriyada genişmiqyaslı zorakılıqlar baş versə də, böyük dəyişikliklər olmadı. Bəhreyn kimi ölkələrdə demiokratiya çağırışları ilə etiraz aksiyalarından sonra hökumətlər dəyişikliklər edəcəklərinə söz versələr də, inkişaflar az oldu. Bəhreynin monarxiya hökuməti bu yaxınlarda söz və toplaşma azadlığının təmin edilməsi üçün hökumətin yeni yollar araşdırmalı olduğunu bildirdi.

Amnesty İnternational təşkilatının Bəhreyn bölməsindən tədqiqatçı Səid Bomedoha ölkəsində insan haqları ilə bağlı vəziyyətin sevindirici olmadığını deyir: “Beynəlxalq və ya yerli təşkilatlar bir çox tövsiyələr irəli sürsələr də, onların heç biri həyata keçirilməyib. Buna görə də insanlar hökumətin hansısa tövsiyəni qəbul edəcəyinə inanmır.”

Bu bölgələrdən xeyli uzaqda, Vaşinqtonda Cessika Mazur adlıb bu qadın ilk dəfədir ki, etiraz aksiyasında iştirak edir. O, Birləşmiş Ştatlar boyu vüsət alan Vol Stritin İşğalı hərəkatını doğma Ayova ştatına gətirmək istəyir. Mazur Yaxın Şərqdə baş verənlərin ona öz hökumətində dəyişikliklər edilməsi yolunda iş aparmasına ilham verdiyini deyir: “Hər dəfə bir bir araya gələndə bizi susdurmağa çalışırlar. Lakin bizim uca səsimiz insanlar üçün vacibdir.”

Vol Stritin İşğalı hərəkatının spesifik platforması yoxdur. Bu hərəkatın üzvləri Birləşmiş Ştatlarda daha çox iş yerlərinin açılmasını, gəlirin bərabər şəkildə bölünməsini, siyasətdə dəyişikliklər tələb edirlər.

Baş qərargahı Vaşinqtonda yerləşən İnkişafı Düşün təşkilatında bloger Zaid Celani dünyada baş verənləri yaxından izləyir. “Onu deyə bilərik ki, 2011-ci ildə doğrudan da böyük demokratik inqilablar baş verdi. Dünyanın çox yerində insanlar hökumətlərin və cəmiyyətlərin onlar üçün işləmədiyini, buna görə də iqtisadiyyatın tənəzzülə uğradığını və onların da vəziyyətlərinin ağırlaşdığını, buna görə də küçələrə çıxaraq etiraz etdiklərini deyirlər.”

Etirazçılar isə onların küçələrdə qurduqları çadırlar dağıdılsa və təhlükəsizlik qüvvələri tərəfindən basqılara məruz qalsalar da sosial media tərəfindən alovlandırılan mübarizənin dayanmayacağını deyirlər.

XS
SM
MD
LG