Accessibility links

İnsan Haqları Fondu Azərbaycana: Müstəqil mediaya qarşı cinayət istintaqına son qoyun


İnsan Haqları Fondu Azərbaycan hökümətinin tənqid edildiyi reportajlarına görə tanınan müstəqil xəbər portalı Meydan TV-yə qarşı başladılan cinayət istintaqını qınayır. Aprel ayında Dağlıq Qarabaq bölgəsində Azərbaycanla Ermənistan arasında baş verən silahlı qarşıdurma zamanı Meydan TV hərbi itkilərlə bağlı detallı hesabat açıqlayıb ki, burada göstərilmiş rəqəmlər hökümətin verdiyi rəqəmlərdən daha yüksək olub. İnsan Haqları Fondu Azərbaycan dövlət orqanlarını instintaqı dayandırmağa, Meydan TV-nin jurnalistlərinə qarşı təqiblərə son qoymağa və onların səfərlərinə qoyulmuş qadağaları aradan qaldırmağa çağırır.

Rejim bu jurnalistlərə qarşı istintaqı dayandırmalı, onların azad bir şəkildə fəaliyyət göstərmələrinə icazə verməlidir.
Tor Halvorssen

“Əliyevin avtoritar rejimi şəraitində müstəqil informasiya yaymaq cinayətdir,” deyə İnsan Haqları Fondudu prezidenti Tor Halvorssen bildirib. “Jurnalistlər üçün ən qərəzli mühitdə yaşamalarına baxmayaraq, Meydan TV-dəki peşəkarlar həqiqəti demək və azərbaycanlıların dəqiq və müstəqil məlumat almasına imkan yaratmaq üçün həyatlarını riskə atır”, deyə cənab Halvorssen əlavə edib.

Apreil 21-də Baş Prokurorun Ofisi “qeyri-qanuni fəaliyyət” və “səlahiyyətlərdən sui-istifadə” ittihamları ilə Meydan TV-nin idarəçilərinə qarşı cinayət istintaqı işi açıb. Hələ rəsmi olaraq ittihamlar irəli sürülməsə də, Meydan TV-nin bir neçə jurnalisti ixtiyari səfər qadağaları, vəkalətsiz ev axtarışları və avadanlıqlarının müsadirəsi ilə üzləşir.

Artıq bir neçə ildir Meydan TV hökümət tərəfindən genişmiqyaslı təzyiqlərlə qarşılaşıb. 2014-cü ildə televiziyanın təsisçisi Emin Milli təhdid və davamlı təqiblərə məruz qaldıqdan sonra, Meydan TV-nin Bakıdakı ofisi bağlanıb. Hazırda Meydan TV Berlində fəaliyyət göstərir, amma onun bir neçə əməkdaşı xəbərləri Bakıdan göndərir. Emin Milli hər il İnsan Haqları Fondu tərəfindən təşkil olunan qlobal 2016 Oslo Azadlıq Forumunun qarşıdan gələn toplantısında çıxış edəcək.

Meydan Tv-nin təsisçisi Emin Milli
Meydan Tv-nin təsisçisi Emin Milli

“Azərbaycan rejiminin hökümət üçün narahatlıq yaradan xəbərlərin qarşısını almaq üçün ədliyyə sistemindən sui-istifadə etməsi təəccüblü deyil”, deyə Halvorssen bildirib. “Rejim bu jurnalistlərə qarşı istintaqı dayandırmalı, onların azad bir şəkildə fəaliyyət göstərmələrinə icazə verməlidir,” deyə o əlavə edib.

İnsan Haqları Fondu bütün dünyada, amma əsasən də qapalı cəmiyyətlərdə insan haqlarını müdafiə və təbliğ edən bitərəf qeyri-kommersiya təşkilatıdır.

XS
SM
MD
LG