Accessibility links

Güneydə insan haqları durumu - evləndirilən qız uşaqları, Bahailər və mili fəallar [Audio-Müsahibə]


Elçin Hatəmi

Elçin Hatəmi

Türkiyədə yaşayan insan haqları fəalı Elçin Hatəmi güneydə milli fəallar, eləcə də muxtəlif ictimai qruplar və cəmiyyətlərə qarşı tətbiq edilən ayrıseçkilik və basqılar haqqında yeni məlumatları Amerikanın Səsi ilə paylaşıb.

Müsahibədə İran Azərbaycanında hər il minlərlə kiçik yaşlı qız uşağının evləndirilməsi, güneyli milli fəallar və siyasi məhbusların durumu, həmçinin Bahai dininə mənsub bir neçə vətəndaşın Urmiyə şəhərində həbsə məhkum edilməsi kimi mövzular müzakirə olunub.

Uşaqların evləndirilməsini qadağa edən beynəlxalq qətnamələri imzalayan İran İslam Respubliası bu növ evliliklərə dəstək verib onları qeydiyyatdan keçirməklə qanunsuzluğa yol verir.

İranda ötən günəş ilinin ilk 9 ayında evləndirilmiş kiçik yaşlı qız uşaqları ilə bağlı yayılmış rəsmi statistikaya istinad edən Elçin Hatəmi uşaq nikahlarının ən çox yoxsul bölgələr, o cümlədən Azərbaycan vilayətlərində müşahidə olunduğunu qeyd edib.

İran İslam Respublikasının dərcetdiyi rəsmi statistikaya görə, 1992-ci ilin ilk 9 ayında 30 mindən artıq 15 yaş altı qız uşağının evləndirilməsi qeyd edilib.

Elçin Hatəminin fikrincə, uşaq nikahlarını qadağa edən beynəlxalq qətnamələri imzalayan İslam Respubliası bu növ nikahlara dəstək verib onları qeydiyyatdan keçirməklə qanunsuzluğa yol verir.

İran İslam Respublikası bahailəri şiəyə düşmən kimi görür, onlara qarşı təzyiqlər tətbiq edərək ölkəni tərk edtməyə məcbur edir. Ölkədə qalanlar da ağır basqılar və əziyyətlərə məruz qalırlar, iş yerləri qapadılır və universitetdə təhsil almaqları yasaqlanıb.

Güneyli fəalın dediklərinə görə, kiçik yaşlı qızların ərə verilməsini önləmək istiqamətində qeyri hökümət təşkilatları və mədəni fəalların əlindən bir iş gəlmir.

Hüquq müdafiəçisi Azərbaycan şəhərlərində yaşayan Bahai dininə mənsub türklərə qarşı tətbiq edilən ayrı-seçkiliklər haqqında da danışıb.

O, içərilərində qadınların da olduğu 7 urmiyəli bahainin Urmiyə İnqilab məhkəməsi tərəfindən 3 aydan 3 ilə qədər həbsə məhkum edildiyini bildirib.

“İran İslam Respublikası bahailəri şiəyə düşmən kimi görür, onlara qarşı təzyiqlər tətbiq edərək ölkəni tərk edtməyə məcbur edir. Ölkədə qalanlar da ağır basqılar və əziyyətlərə məruz qalırlar, iş yerləri qapadılır və universitetdə təhsil almaqları yasaqlanıb,” deyə Hatəmi söyləyib.

Hüquq müdafiəçisi həmçinin 52 günlük aclıqdan sonra ötən həftə aksiyasına son verən Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəninin sağlıq durumu haqqında danışıb.

Lətif Həsəni

Lətif Həsəni

“Lətif Həsəninin ailə üzvlərinin dediyinə görə, o, aclıq müddətində 30 kg arıqlayıb və durumu yaxşı deyil. Aclıq keçirdiyi zaman dəfələrlə huşunu itirib və ayaq üstə durmağa belə qadir deyilmiş,” deyə Elçin Hatəmi qeyd edib.

Hatəmi həmçnin ötən iyun ayında İran dövlətinin qurumaqda olan Urmiyə Gölü ilə bağlı siyasətlərinə etiraz olaraq Təbriz və Urmiyə şəhərlərində aksiyalar təşkil edən fəalların taleyi haqqında məlumat verib. Onun dediklərinə görə, müvəqqəti olaraq sərbəst buraxılmış Urmiyə gölü müdafiəçiləri daha sonra yenidən mühakimə ediləcəklər.

XS
SM
MD
LG