Accessibility links

Joan Malholand: Get və etiraz elə


İnandığınız və düzgün olduğunu bildiyiniz hər nə varsa, onun arxasında durmaqdan qorxmayın. Joan Trampauer Malholand konservativ ailədə böyüyən ağdərili məktəbli idi. Lakin Joan 60-cı illərdə Afrika əsilli amerikalıların hüquqlarını müdafiə edərək öz şəxsi inqilabını etdi.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazır ki, Kuklus Klan tərəfindən təzyiqlərə baxmayaraq, o, qaradərililərin hüquqlarını müdafiə etməkdən bir an da olsa çəkinmədi.

Joan hətta Duke Universitetini yarımçıq qoyaraq təhsilini Tougalo Kollecində davam etdirdi və beləliklə, tarix boyunca qaradərililərin təhsil aldığı məktəbdə ilk ağdərili tələbə oldu. O, həmçinin, ölkənin ən böyük siyasi mintinqinə öz töhfəsini verib. Məhz bu mitinq zamanı Martin Lüter King öz məhşur “Mənim bir arzum var” adlı nitqi ilə çıxış edıb.

75 yaşlı Joan hazırda öz təcrübəsi haqqında məktəblərdə mühazirələr deyir və hamıya məsləhət verir: “Get və etiraz elə. Haqqı tapdalananların və alçaldılanların tərəfini saxla”.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG