Accessibility links

Amnesty İnternational: “Nardaran işi”ndə ədalətli məhkəmə hüququ pozulub, işgəncə faktları araşdırılmalıdır


Amnesty İnternational
Amnesty İnternational

Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycan hökümətini Taleh Bağırzadə və digər 17 nəfərin ədalətli məhkəmə hüququnun pozulmasını və işgəncə faktlarını araşdırmağa çağırır.

Amnesty İnternational-ın bəyanatında deyilir ki, işgəncə altında alınan ifadələr sübut kimi qəbul oluna bilməz və həmin şəxslər azad edilməlidir.

Amnesty İnternational hesab edir ki, dindarları işgəncəyə məruz qoyan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Həmçinin təşkilat hesab edir ki, həbs zamanı işgəncəyə məruz qalan Jahad Balakişiyev, Şamil Abdullayev və Bəhruz Əsgərov təcili müalicə olunmalıdır.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd-şərtsiz azad edilməlidir. Çünki o, fikrin ifadə olunması hüququna görə həbs olunub. Təşkilat onu “vicdan məhbusu” elan edib.

Xatırladaq ki, söhbər “Nardaran işi-1”dən gedir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyilə “Müsəlman Birliyi”nin lideri Taleh Bağırzadənin və digər 17 müttəhimin barəsində hökm çıxarılıb.

T.Bağırzadə hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə hazırlıqda ittiham olunaraq 20 il azadıqdan məhrum edilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook-da nardaranlıların tələblərini dəstəklədiyinə görə 10 il azadlıqdan məhrum edilib. Digərlərinə uzunmüddətli həbs cəzası verilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG