Accessibility links

Elm

İnsanlarla ünsiyyət quran robotlar [Video]


Bu günün robotları avtomobil düzəltmək, sualtı cismləri kəşf etmək gücünə malikdir.

Ancaq insanlarla ünsiyyət qurmaq sadəcə gələn mesajları qəbul etməkdən daha mürəkkəbdir, deyə Massaçutes Texnologiya İnstitutunun tədqiqatçısı Sintia Brazil deyir.

Sintia Brazil: "İctimai robotlar həqiqətən də insanlarla ünsiyyət qurur. Yəni sanki sən əşya ilə deyil əsl insanla danışırsan. İctimai Robotlar həmkarlıq və ya əməkdaşlıq kimi hisslər verən qarşılıqlı əlaqə yaradacaq ünsiyyət qurmaq üçün dizayn edilib."

Vaşinqton yaxınlığında yerləşən Hərbi Donanma Araşdırma Laboratoryasının alimləri insanlarla yaşaya biləcək robotların xüsusiyyətlərini araşdırırlar. Araşdırmaçı Alan Sçulz deyir ki, ictimai robot sosial sifarişlərə uyğunlaşdırılmalıdır.

Alan Sçulz: "Əgər sən robotla təbiətdə gəzəcəksənsə, danışmaq üçün onlar gərək bizim normalara əməl və bizim onlardan gözlədiyimiz şeyləri edələr. Beləliklə biz gəzməyə davam edə bilərik və onlar bizə mane olmaz və ya biz onların ətrafımızda olmasından narahat olmarıq."

İctimai robotun insana bənzər sifətə sahib olması məcburi deyil. Kaliforniya ştatının Kupertino şəhərində yerləşən Savioke Robot şirkətinin icraçı direktoru Stiv Kousins deyir ki, onların Xadimə adlandırdığı robot mehmanxanada kiçik əşyaların müştərilər üçün daşınmasında sınaqdan keçib.

Stiv Kousins: "Bu, insanların olduğu yerdə, ətrafdakı insanlarla ünsiyyət qura bilmək üçün dizayn edilib. Beləliklə mehmanxana işçisi robotu bir yerə göndərdiyində o, onunla ilə əlaqə qurur. Robot liftlə qalxanda insanlarla danışır və qapıya çatdıqda əşyasını daşıdığı insanla da ünsiyyət qurur."

Ictimai robotların gördüyü işlər hələlik məhduddur. Ailəvi şəkilləri çəkmək və ya nəsə demək kimi. Ancaq Sintia Brazil deyir ki, onun dizayn etdiyi bu robotun qabiliyyətləri bir çox sahələrə genişləndirilə bilər.

Sintia Brazil: "Dərinə getsək, təhsil, sağlamlıq, insan qocaldığında müstəqil qalması və ailəyə bağlı qalması, əyləncə, oyun və onlayn xidmətlər və sairə."

Buna baxmayaraq tənqidçilər deyir ki, bu robotların etdiklərini artıq bir çox ağıllı mobil telefonları edirsə, onların pəncərələri silmək və ya şam yeməyi bişirmək kimi qabiliyyətləri yoxdursa, o zaman onlara pul xərcləməyin mənası yoxdur.

XS
SM
MD
LG