Accessibility links

İnsan hüquqları müdafiəçiləri ABŞ Senatında ifadə verib


Gənc fəallar Amerikanın pilotsuz təyyarələrinin hücumlarına etiraz edir. Ötən həftə Senatda keçirilən dinləmələrdə ifadə verən yəmənli insan hüquqları müdafiəçisi Fərea Əl-Müslimi deyib ki, hücumlar üsyançıların güclənməsindən başqa heç bir şeyə yardım etmir.

Amerikada orta məktəbi bitirən Əl-Müslimi dinc əhalinin hücumlara nəruz qaldığından şikayətlənib. O deyib ki, Vəssab adlı şəxsin Əl-Qaidə təşkilatı ilə gizli əlaqəsi olduğuna görə kəndləri hava hücumlarına məruz qalır. Müslimi bu kimi hücumların qorxulara səbəb olduğunu deyib.

O, pilotsuz təyyarələrinin hava hücumlarının Əl-Qaidəni daha da gücləndirdiyini bildirib. Gənc fəal hücumların minlərlə insanı Amerika və mərkəzi hökumət əleyhinə qaldırdığını diqqətə çatdırıb.

Kolumbiya Universitetinin hüquqşünaslıq məktəbindən Narin Şah isə Pakistandakı silahlı qruplaşmaların kədliləri Amerikanın hava hücumlarını həyata keçirən

Mərkəzi Kəşfiyyat Agentliyi ilə əlaqədə günahlandıraraq, onlara hücum etdiyini deyib.

Şah casus adlandırılan bu insanların işgəncələrə,qətllərə məruz qaldığını bildirib.

Amnesty Internationala məsləhətçi kimi işləyən Şah insan hüquqlarını pozduqlarına görə yaralı qruplaşmaların məsuliyyət daşıdığını, lakin hava hücumları ilə onların cəzalandırılmasının sadəlövhlük olduğunu deyib.

ABŞ ordusu pilotsuz təyyarələrdən hərbi personelin təhlükəsizliyi üçün istifadə edir. Lakin gənc fəallar hazırkı rejim altında artmaqda olan hücumları “Obama Quantanamosu” adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG