Accessibility links

Azərbaycan hökuməti insan hüquqlarını pozmağa son qoymağa çağırılır


İnsan hüquqları təşkilatları

İnsan hüquqları təşkilatları

”Repressiv praktika “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində keçirilən “Demokratiya naminə oxu!” kampaniyasında iştirak edən fəallara qarşı güclənib”.

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası (FIDH) və İşgəncələr Əleyhinə Komitə (İƏK) birgə bəyanatla çıxış edib. Sənəddə Azərbaycan hökumətini ölkədə insan haqlarının pozulmasına son qoymağa çağırılır.
Bəyanatda hüquq müdafiəçilərinin, jurnalistlərin və müxalifətçilərin həbsi, saxlanması, onlara qarşı qeyri-insani davranışdan narahatlıq ifadə olunur. ”Repressiv praktika “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində keçirilən “Demokratiya naminə oxu!” kampaniyasında iştirak edən fəallara qarşı güclənib”. Buna misal kimi iyunun 22-də “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun həbsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı Oqtay Gülalıyevin təqib olunması, iyunun 8-də onun cəmiyyətdəki həmkarı İlham Əmiraslanovun həbsi, iyunun 12-də fotoqraf Mehman Hüseynova qarşı cinayət işinin qaldırılması, iyunun 11-də İran telekanalının müxbiri Anar Bayramlının azadlıqdan məhrum olunması qeyd olunur.
Bununla əlaqədar, FIDH və İƏK Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərinə, jurnalistlərə və müxalifətçilərə qarşı bütün təqib formalarına son qoymağa, O.Gülalıyev və İ.Əmiraslanovla amansız davranışın hərtərəfli araşdırılmasına və onların hüquqlarının pozulmasında günahkar olan şəxslərin cəzalandırılmasına çağırıb.
Rəsmi Bakıdan Azərbaycan Konstitusiyasında və ölkənin beynəlxalq öhdəliklərində təsbit edilmiş fikrin ifadə olunması azadlığına hörmətlə yanaşılması tələb olunub
Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq belə bəyanatları təkzib edir. Ölkədə fikir azadlığının bərqərar olduğunu, insanların fikirlərinə görə deyil, əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirir.
XS
SM
MD
LG