Accessibility links

2013-cü ildə insan alveri ilə bağlı 518 hadisə qeydə alınıb


İnsan alveri qurbanları (plakat)

İnsan alveri qurbanları (plakat)

Milli Məclis insan alverinə qarşı mübarizə ilə bağlı hesabatı dinləyib

Aprelin 4-də Milli Məclisin plenar iclasında daxili işlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovun hesabatı dinlənilib.

Onun sözlərinə görə, 2013-cü ildə insan alveri ilə bağlı 518 hadisə qeydə alınıb, 385 cinayət işi qaldırılıb. Cinayətin bu növü ilə məşğul olan 5 mütəşəkkil cinayətkar qrup və 152 cinayətkar dəstə zərərsizləşdirilib. İnsan alveri qurbanı olmuş 529 nəfər sosial reabilitasiyaya göndərilib.

Ümumilikdə, 2004-cü ildə qəbul olunmuş “İnsan alverinə qarşı mübarizəyə dair milli plan”ın ikinci mərhələsi ötən il başa çatıb.

Deputat Elmira Axundova deyib ki, bir çox ticarət və kommersiya obyektlərində uşaq əməyindən istifadə olunur ki, bu da qanunsuzdur. Belə ki, həmin obyektlər tanınmış adamlara məxsusdur, bu mövzu ilə bağlı çoxsaylı danışıqlar nəticə vermir, odur ki, başqa tədbirlər görmək lazımdır.
XS
SM
MD
LG