Accessibility links

Belqradda İnsan Hüquqları Evləri Şəbəkəsinin Assambleyası keçirilib [Video]


Belqradda İnsan Hüquqları Evləri Şəbəkəsinin Assambleyası keçirilib

Belqradda İnsan Hüquqları Evləri Şəbəkəsinin Assambleyası keçirilib

Noyabrın 22-23-də Serbiyanın paytaxtı Belqrad şəhərində İnsan Hüquqları Evləri Şəbəkəsinin (Human Rights Houses Network) Assambleyası keçirilib. Həmin günlərdə Şərqi və Qərbi Avropa ölkələrindən, habelə Qafqaz ölkələrindən olan hüquq müdafiəçiləri toplaşmaq azadlığı, birləşmək, ifadə azadlığı kimi universal dəyərlərin təşviqi, habelə hüquq müdafiə fəaliyyətinin gücləndirilməsi strategiyasını müzakirə edib. Bu barədə Turan agentliyinin məlumatında deyilir.

İki ildə bir keçirilən Assambleya 13 ölkədə 16 İnsan Hüquqları Evinə daxil olan 100-dən çox müstəqil təşkilatda işləyən hüquq müdafiəçilərini birləşdirir.

Belqrad Assambleyasında gələcək əməkdaşlığın planlaşdırılması və birgə layihələrin həyata keçirilməsi, müdafiə strategiyasının işlənib hazırlanması və təşviqi məqsədilə beynəlxalq təşkilatlardan, donor və tərəfdaş təşkilatlardan olan həmkarlar iştirak ediblər.

Hazırki forumda əsas diqqət ən çox Şərqi Avropa ölkələrində özünü göstərən liberal demokratiyanın zəifləməsi, avtokratiya və populizmin güclənməsi təmayüllərinə qarşı mübarizə probleminə yetirilib.

"Bu görüş və səmərəli müzakirələr bizə daha güclü İnsan Hüquqları Evləri Şəbəkəsi qurmaq üçün yaxın gələcəkdə yeni əməkdaşlıq platformasının konturlarını müəyyən etmək imkanı verib", deyə HRHN direktoru Mariya Dahle bildirib.

Assambleya Azərbaycanda bu yaxınlarda azadlığa çıxmış hüquq müdafiəçilərinə dəstək ifadə edib. Görüş iştirakçıları Azərbaycanda hüquq müdafiə fəaliyyətinə olan bütün məhdudiyyətlərin aradan qaldırılması, o cümlədən onların fəaliyyətinə və hərəkət azadlığına mane olan bütün qərarların ləğvi üzrə səyləri davam etdirmək barədə razılığa gəliblər.

Keçmiş siyasi məhbus, məşhur hüquq müdafiəçisi İntiqam Əliyev öz video müraciətində həmkarlarına Azərbaycanda siyasi məhbusların azad edilməsinə verdikləri töhfəyə görə təşəkkür edib.

"Əminik ki, tezliklə mühüm hüquqların müdafiəsi missiyamızı yerinə yetirmək üçün aranıza qayıdacağımızdan əminik", deyə o bildirib.

Show comments

XS
SM
MD
LG