Accessibility links

Azərbaycan insan inkişafına görə 82-ci yerdədir


un
un

Sənədi BMT hazırlayıb, həyat səviyyəsi, sosial müdafiə, sağlamlıq, təhsil, mədəni inkişaf, cinayətkarlığın vəziyyəti və başqa göstəriciləri əks etdirir

Norveç, Avstraliya, ABŞ, Niderland və Almaniya dünyada insan inkişafının ən yüksək səviyyəsinə görə beşlik təşkil edir. Bu barədə “Cənubun yüksəlişi: dəyişkən dünyada insan tərəqqisi” mövzusunda 2013-cü il insan inkişafına dair sənəddə deyilir.

Sənəd BMT İnkişaf Proqramı tərəfindən hazırlanıb və müxtəlif ölkələrdə sakinlərin həyat səviyyəsi, sosial müdafiəsi haqda məlumatları, sağlamlıq, əhalinin təhsil və mədəni inkişaf səviyyəsi, cinayətkarlığın vəziyyəti, ətraf mühitin qorunması, adamların qərarların qəbulunda iştirakına dair göstəriciləri əks etdirir.

Bu sənədə uyğun olaraq Belarus, Rusiya və Qazaxıstan insan inkişafının yüksək səviyyəsinə malik ölkələr sırasına daxil olub və müvafiq olaraq 50,55 və 69-cu yerləri tuturlar. Bu kateqoriyada həmçinin Gürcüstan, Ukrayna, Azərbaycan və Ermənistan da var ki, onlar da müvafiq olaraq 72,78,82 və 87-ci yerlərdə dayanırlar.

Türkmənistan 102-ci yeri tutur. Ölkə insan potensialının orta inkişaf səviyyəsinə malik ölkələr siyahısının əvvəlində dayanır. Bu qrupa Moldova (113-cü yer), Özbəkistan da (114) daxildir. Orta inkişaf səviyyəsinə malik ölkələr sırasında Qırğızıstanla Tacikistan da var. Onlar 125-ci yeri bölüşürlər.

Qeyd etmək lazımdır ki, Estoniya, Litva və Latviya insan inkişafının daha yüksək səviyyəsinə malik ölkələr kateqoriyasında yer alıblar və müvafiq olaraq 33, 41 və 44-cü yerləri tuturlar.

İnsan inkişafının səviyyəsi siyahısını Nigeriya, Konqo Demokratik Respublikası, Mozambik, Çad və Burkino Faso qapayır. Bu ölkələr insan inkişafının aşağı səviyyəsinə malik ölkələr sırasına daxil edilib. Qrupa 44 ölkə daxildir.

1990-cı ildən başlayaraq, BMT İnkişaf Proqramı hər il insan inkişafına dair hesabat nəşr edir. Hesabat müstəqil beynəlxalq ekspetlər qrupu tərəfindən hazırlanır. Qrup analitik materiallarla yanaşı müxtəlif beynəlxalq hökumət təşkilatlarının və digər beynəlxalq agentliklərin statistik məlumatlarından istifadə edir.

Builki sənəddə Cənub ölkələrində görünməmiş inkişaf tempinə diqqət yetirilir. Əsasən müəlliflər əhalisi təxminən 1 milyarda bərabər olan Çində və Hindistanda iqtisadi yüksəlişi qeyd edirlər. Bu gün Çin və Hindistan orta inkişaf səviyyəsinə malik ölkələr sırasına daxil edilib.

Sənədə əsasən ABŞ dünyanın ən iri iqtisadiyyatı olaraq qalır.Ekspertlər hesab edirlər ki, əgər ABŞ-da iqtisadiyyatın bərpası yubanarsa, Avropa indiki iqtisadi və sosial nizamsızlıqldan çətin xilas ola biləcək. Onların fikrincə, bu, inkişaf da olan dünya üçün xoşagəlməz nəticlələr verə bilər.
XS
SM
MD
LG