Accessibility links

Lal-karlar üçün işarələrlə tərcümə edən şəxs Nelson Mandelanın xatirə mərasimində heç bir məna verməyən jestlərə görə tənqid atəşinə tutulu . Tərcüməçi baş verənləri şizofrenik simptomla izah edib.

Tamsanqa Jantijie Yohannesburqda dərc edilən Star qəzetinə müsahibədə tərcümə edən an səslər eşitdiyinə və holisunasiya keçirdiyinə görə ABŞ prezidenti Barak Obama kimi liderlərin çıxışını düzgün tərcümə edə bilmədiyini deyib.

O, üzr istədiyini bildirib. Cənubi Afrikanın Qadın, uşaq və insan əlillər üzrə nazirinin müavini tərcüməçinin özünü pis hiss etdiyini və normal işarələrlə danışa bilmədiyini deyib.

Cənazəsi artıq iki gündür Pretoriyada saxlanılan Cənubi Afrika Respublikasının mərhum prezidenti Nelson Mandelanın xatirəsi anılmaqda davam edilir.

Onun cənazəsi hazırda Cənubi Afrika Respublikasının Hökumət yerləşdiyi Həmkarlar İttifaqı binalarındakı anfiteatrda şüşə tabutda saxlanır. Mandela ilə vidalaşmaq üçün minlərlə insan növbəyə dayanıb.

Son iki gündə Pretoriyada minlərlə insan aparteidə qarşı mübarizə aparmış lideri ziyarət etməyə gəlib. Bu mərasim sabahadək davam edəcək.

Cənab Mandelanın dəfn mərasiminin doğma Qunu şəhərində keçiriləcəyi planlaşdırılır.
XS
SM
MD
LG