Accessibility links

Kiçik ölçülü dəri plastırları ağrılı inyeksiyalara son qoyacaq

Diabetə daha yaxşı nəzarət məqsədi ilə yeni cihaz ixtira edilib. Kiçik ölçülü dəri plastırları ağrılı inyeksiyalara son qoyacaq.

Dünyada şəkər xəstəliyi ilə yaşayan 400 milyon insanın bəzisi insulin inyeksiyasından asılıdır. Gündə bir neçə dəfə iynə vurmağa məcbur olan xəstələrin mədəaltı vəzi ya heç, ya da çox az miqdarda insulin ifraz edir.

1-ci tip diabet xəstələri üçün iynəsizlik öldürücü ola bilər. Hətta 2-ci tip diabet xəstələri belə bəzi hallarda inyeksiya qəbul etməli olur.

Yeni ixtira edilən cihaz yüzlərlə ağrısız iynə örtyünə maikdir. Hər bir iynədə insulin saxlanılır.

Alimlərin dediyinə görə, plastırlar qanda şəkərin səviyyəsinə uyğun şəkildə insulin buraxmaq üçün proqramlaşdırılır.

Şimali Karolina Universitetinin alimləri bildirir ki, kiprik qalınlığında olan mikroiynələr şəkər yüksək olduğu təqdirdə bədənə əlavə insulin vurur.

Bu,“qapalı dairə” sistemi adlanır. Alimlər uzun zamandır insanların yol verdiyi yanlışlıqları aradan qaldırmaq məqsədi ilə şəkər səviyyəsinə avtomatik nəzarət edən system üzərində işləyirdi.

Plastırlar hədsiz insulin qəbuluna da mane olur. İnsulin çoxluğu ölümlə nəticələ bilən hipoqlisemiyaya (şəkər düşməsi) səbəb olur. Yeni cihaz bu riski minimuma endirmək qabiliyyətinə malikdir.

Siçanlar üzərində aparılan eksperimentin nəticəsinə görə, 9 saata qədər şəkər səviyyəsini normada saxlamaq mümkün olub.

Alimlər yeni cihazın insanlarda 2 günədək şəkər səviyyəsini nəzarətdə saxlayacağına ümid bəsləyir.

XS
SM
MD
LG