Accessibility links

Fransanın “Eutelsat” şirkəti “Hot Bird” peyki vasitəsilə yayılan 19 İran telekanalı və radio şəbəkəsinin yayımını dayandırıb

“İntelsat” şirkəti İranın ümumiliklə 8 telekanalı, o sıradan da “Səhər TV”, “Cami-cəm”, “Kövsər” və “Xəbər” şəbəkələrinin, eləcə də 6 radio şəbəkəsinin yayımını dayandırsa da, “PressTV”nin yayımına mane olmayıb.

“Media forum” saytı xatırladır ki, oktyabrın 15-də Fransanın “Eutelsat” şirkəti “Hot Bird” peyki vasitəsilə yayılan 19 İran telekanalı və radio şəbəkəsinin yayımını dayandırıb.
Yayımı dayandırılan telekanallar arasında bunlar da var: “Əl-aləm”, “Press TV”, “Səhər 1”, “Səhər 2”, “Əl-kövsər”, “Cami-cəm 1”, “Cami-cəm 2”, “Xəbər şəbəkəsi”, “Quran” şəbəkəsi”.
Bu kanalların hamısı İran Dövlət Teleradio Təşkilatına tabedir.

“Eutelsat” şirkəti öz qərarının səbəbini açıqlamasa da, bəzi şərhçilər bunu İranın Avropa və Amerikadan yayılan kanalların yayımına mane olmasına cavab addımı kimi qiymətləndirir.
XS
SM
MD
LG