Accessibility links

Korrupsiyaya qarşı mübarizə:şəhərlərin təcrübəsi

  • Amerikanın səsi

Hazırda dünya əhalisinin yarıdan çoxu şəhər yerlərində yaşayır, BMT-nin hesablamalarına görə isə şəhərlilər əsrin ortalarına qədər dünya əhalinin üçdə-ikisini təşkil edəcək. Keçən həftə Nyu-Yorkda keçirilən iki günlük konfrans zamanı dünyanın 30-dan çox şəhərinin təmsilçisi korrupsiya ilə müşayiət olan sürətli urbanizasiyanın yaratdığı problemləri müzakirə edib.

Venesuela paytaxtı Karakasın meri Antonio Ledezma davamlı korrupsiyanın demokratiyaya yaratdığı ciddi təhlükə ilə bağlı xəbərdarlıq edib. “Korrupsiya demokratiyanın özünə inamı azaltdır. Bəzi sadəlövh insanlar avtoritar diktatorlar, ya da hökumətlərin korrupsiyaya qarşı effektiv mübarizə aparacağına inanır“-deyə mer bildirir.

Konfransda nitq söyləyən Nyu-York şəhərinin meri Maykl Blumberq vəzifəli şəxslərin professional etikasının təkcə demokratik idarəçilik deyil, iqtisadi inkişafda oynadığı rolu qeyd edib. O deyib ki, korrupsiya ümumdaxili məhsulun qlobal səviyyədə beş faizini, daha doğrusu ildə 2,6 milyard dollar təşkil edir. “Bu o deməkdir ki, maliyyə qeyri- produktiv şəkildə investisiya edilir, yəni iş yerləri açılmır, ictimai səhiyyə və asayiş, ya da başqa xidmətlər sahəsinə yönəlmir”-deyə mer Blumberq bildirib.

Konfrans iştirakçıları korrupsiya halları haqda məlumat verən insanların müdafiəsi, mediada şəffaflıq və korrupsiyaya qarşı mübarizədə müstəqil məhkəmələrə ehtiyac kimi bir sıra məsələləri müzakirə ediblər.

Honq-Konqun Korrupsiya ilə Mübazirəyə dair Müstəqil Komissiyasını təmsil edən Con Şanahan hüquq-mühafizə orqanlarında ikili standartlara yol verməməyin əhəmiyyətini vurğulayıb.

“Yüksək vəzifələr tutan insanlar qanundan üstün olmamalıdır və onların üstün olduğu hesab edilməməlidir, onlar varlı biznesmenlərlə əlbir olmamalı, ya da başqalarının tabe olduğu qanunlardan kənar yaşamamamlıdır”-deyə o bildirib.

Hamburqda daxili təhqiqatlar departamentinin direktory Yoahim Şvanke dövlət satınalmaları kimi korrupsiyaya meylli sahələrdə çalışan hökumət qulluqçuları arasında tez-tez rotasiya keçirilməsini tövsiyə edib. O qeyd edib ki, bir insan bir vəzifəni nə qədər uzun müddət tutsa, orada korrupsiyanın artması şansı da bir o qədər yüksək olur. Şvanke internetin Hamburqda anti-korrupsiya səylərinin bir hissəsinə çevriləcəyini əlavə edib.

“Bu o deməkdir ki, hökumətin kommersiya şirkətl il bağladığı bütün müqavilələr internetdə yerləşdirilməlidir. O zaman hamı onu oxuyub baş verənlərə nəzarət edə bilmək imkanı əldə edəcək”-deyə Yoahim Şvanke bildirib.

Konfrans Nyu-York qlobal tərəfdaşlıq qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçirilib.

XS
SM
MD
LG