Accessibility links

Freedom House: İnternet azadlığı azalmağa davam edir [Video]


Freedom House təşkilatının yeni hesabatında bildirildiyinə görə, bütün dünyada ardıcıl olaraq artıq altıncı ildir ki, internet azadlığı zəifləməyə davam edir. Azadlıq və demokratiyanın genişləndirilməsi sahəsində çalışan müstəqil təşkilat 2015-ci ilin iyun ayı ilə bu ilin iyun ayı arasındakı müddətdə sosial media saytları və mesaj applikasiyalarına hökümət tərəfindən nəzarətin artdığını bildirilir. Son iki ildə hökümətlərin pərdəarxası apardığı nəzarət açıq təqiblər və hətta həbslərlə nəticələnib.

Çin və İran kimi ölkələrin oxşar cəhətləri ondan ibarətdir ki, onlar ölkədə onlayn məkan üzərində tam nəzarətin ələ alınmasına çalışırlar və biz indi Rusiyanın da bu istiqamətə getdiyini müşahidə edirik ki, bu da dərin narahatlıq doğurur.

2016 İnternet Azadlığı adlanan bu hesabatda bildilir ki, Estoniya, İslandiya və Kanadadakı istifadəçilər ən yüksək azadlıqlardan və məxfiliyin qorunmasından faydalanır. İnternet azadlıqlarının ən yüksək pozulması halları Çin, Suriya, İran, Efiopiya, Özbəkistan və Kubada qeydə alınıb.

“Çin və İran kimi ölkələrin oxşar cəhətləri ondan ibarətdir ki, onlar ölkədə onlayn məkan üzərində tam nəzarətin ələ alınmasına çalışırlar və biz indi Rusiyanın da bu istiqamətə getdiyini müşahidə edirik ki, bu da dərin narahatlıq doğurur.”

Bu yaxınlarda Rusiyada qeyri-zorakı siyasi çıxışına görə ilk dəfə olaraq anti-ekstremizm qanunlarına əsasən bir şəxs maksimum həbs cəzasına məhkum edilib. Ölkədə həmçinin məxfilik və söz azadlığını məhdudlaşdıran bir sıra qanunlar qəbul edilib.

“Əvvəlki illər məlumatın lokallaşdırılması haqda qanun qəbul edilmişdi. Qanun artıq 2015-ci ildə təbiq edilməyə başladı. Bunun isə həm Rusiyada fəaliyyət göstərən bizneslərə, həm də istifadəçilərin məxfiliyinə mənfi təsiri oldu, çünki qanuna əsasən indi bütün məlumatlar Rusiyanın daxilində saxlanılmalıdır.”

Freedom House-un bildirdiyinə görə, Ukraynada vəziyyət Rusiyadan o qədər yaxşı deyil.

“Məsələn, Ukraynada qeyri-zorakı yollarla siyasi məqsədləri təbliğ edən istifadəçilər ekstremizm qanunları altında həbs edilib.”

Demokratiya və söz azadlığının öndə gedən müdafiəçisi olan Birləşmiş Ştatlar məxfiliyin qorunması sahəsində dördüncü yerdədir.

“Buna səbəb ABŞ Azadlıq Aktının qəbul edilməsidir. Bu qanun istifadəçilərin metadatasının toplu bir şəkildə yığılmasına bəzi məhdudiyyətər qoyub. Ötən illər Milli Təhülkəsizlik Agentliyinin (NSA) nəzarət dərəcəsini göstərən sənədlərin sızmasından sonra Birləşmiş Ştatlarda bu sahədə geriləmə olub. Bu il baş verənlər isə çox vacibdir, çünki bu il ilk dəfə olaraq Konqres agentliyin fəaliyyətinə məhdudiyyətlər qoydu.”

Freedom House bildirir ki, ötən ilin iyun ayından bəri yalnız bir neçə ölkə irəliləyiş əldə edib. Eyni zamanda, hesabatda yer alan və dünya istifadəçilərinin təxminən 90 faizini təşkil edən 65 ölkənin yarısında internet azadlığı azalıb.

Show comments

XS
SM
MD
LG