Accessibility links

İnternet XXI əsrin ictimai məkanıdır


İnternet XXI əsrin ictimai məkanıdır
İnternet XXI əsrin ictimai məkanıdır

İnternet XXI əsrin ictimai məkanıdır. Bu, ABŞ dövlət katibi Hillari Klintonun sözləridir. Xanım Klinton məhz buna görə Amerikanın internet vasitəsi ilə insanların təmasda olmaq azadlığını müdafiə etdiyini və dögər ölkələri də onlara dəstək verməyə çağırdığını deyib. Lakin bir sıra ölkələrdə internet məhdudlaşdırılır.

Çində hökumət mövzulara sensura tətbiq edir, axtarış saytlarında həmin mövzuları əldə etməyə maneə yaradır.

Birmada müstəqil xəbər saytları bağlanıb.

Kuba hökuməti milli internet təsis etməyə çalışır.Kuba öz xalqına qlobal internetdən məhrum edib.

Vyetnamda hökuməti tənqid edən bloqerlər həbs edilir, təqib və təzyiqlərə məruz qalır.

İran rəsmiləri müxalifətin veb səhifələrini bağlayıb, sosial medianı hədəf alıb, öz xalqını təqib etmək üçün onların kimliklırini oğurlayır.

ABŞ dövlət katibi deyib ki, Amerika üçün birinci seçim internet spektrumunun azadlığıdır. “Biz bu məkanda açılırıq, Bu açıqlıq cətinliklərlə üzləşir və çətinliklər haqsızlıqlarla mübarizəyə cağırışdır”-deyə dövlət katibi bildirib.

İnternetin bu gün üzləşdiyi ən böyük problem təhlükəsizlik və azadlıqdır. ABŞ kibernetika təhlükəsizliyinə sərmayə qoyaraq, terroristlər və kriminal ünsürləri təqib edir. Lakin buna baxmayaraq Amerika həmişə universal insan hüquqları və fundamental müstəqilliyin tərəfdarıdır. Təhlükəsizlik bəhanəsi isə bir sıra hallarda azadlıq cəhdləri boğulur. Bəzi hökumətlər bloqerləri həbs edir, təhlükəsizlik adı altında onların internetdən istifadə etmək hüququnu əlindən alır.

İnternet insanların kimliyini məxfi saxlamalıdır. Burada bizneslər, jurnalistlər və hökumətlər məxfi kommunikasıya ilə təmin edilməlidir.

İnternetin üzləşdiyi daha bir problem sivil və dözümlülük əsnasında ifadə azadlığının müdafiəsidir ABŞ inanır ki, ifadə azadlığını boğmaq nadir hallarda uğurlu olur, cox hallarda bundan söz azadlığının susdurulması kimi istifadə edilir.

Hillari Klinton deyib ki, azadlıq, təhlkükəsizlik, şəffaflıq və tolerantlıq azad, açıq cəmiyyət, habelə universal insan hüquqlarına hörmət göstərilən, tərəqqi və rifaha xidmət edən azad, açıq internet deməkdir.

XS
SM
MD
LG