Accessibility links

Internet "yalan xəbərlər"dən təmizlənəcək


Facebook və Twitter digər 30-a yaxın şirkətlə sosial mediada artmaqda olan “yalan xəbərlər”in yayılmasına qarşı mübarizəyə qalxıb.

2015-ci ilin iyun ayında New York Times, Washington Post, Buzzfeed News, France Presse, and CNN-nin üzvlüyü ilə təsis edilən ilk layihə koalisiyası internetdə keyfiyyətin yaxşılaşdırılması üçün bu iki media nəhəngi ilə iş birliyinə razılıq verib.

Qrup istifadə üçün könüllü kodların yaradılması, sosial media istifadəçiləri arasında məlumatlandırmanın təbliği və oktyabr ayında işə salınacaq yeni platforma da daxil edilməklə, qarşıya qoyduğu məqsədləri açıqlayıb. Bu platforma istifadəçilərə xəbərlərin doğruluğunu müəyyən etmək imkanı verəcək.

Facebook-un xəbərlərin yayılmasına insan redaktorlar deyil, alqoritmlə qərar veriləcəyini elan etməsindən sonra “yalan xəbər” ictimaiyyətin diqqətini cəlb edib.

Bəzi yanlış məlumatların hələ də internetdə dolaşması alqoritm və bu kimi proqramların reklamlar yaymaqla gəlir əldə edilməsi barədə suallar yaradıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG