Accessibility links

ABŞ Federal Kommunikasiya Komissiyası internet üçün yeni qaydaların tətbiqinə çağırır

ABŞ Federal Kommunikasiya Komissiyasının (FCC) rəhbəri Tom Uiller höküməti internetin azad, açıq və sürətli işləməsi üçün yeni qaydaların tətbiqinə çağırıb.

“Dəqiq tərəfsizlik” adlanan bu təklif nəhəng internet provayderlərininin böyük kontent provayderlərindən çox pul alaraq onların məhsullarını daha sürətli şəkildə çatdırmalarının qarşısını alacaq. Məsələn, hazırda onlayn film göstərən zəngin şirkətlər internet provayderlərinə daha çox pul ödəyərərk məhsullarını kiçik şirkətlərlə müqayisədə daha sürətli çatdırırlar.

Ağ Evin mətbuat katibi Çoş İrnest bildirib ki, bu təklif prezident Barak Obamanın hələ payızda müzakirə etdiyi fikrə uyğundur.

“Bildiyiniz kimi, prezident deyib ki, bu proses irəlilədikçə əlavə qanuna ehtiyac yoxdur. Lakin biz FCC-nin apardığı müstəqil prosesə hörmət əlaməti olaraq onların irəli sürdüyü təklifin detallarını gizli tutmağa davam edəcəyik."

İnternet provayderləri bu plana qarşı çıxıb. Texnologiya siyasəti üzrə beyin mərkəzi TechFreedom-un prezidenti Berin Joka bildirir:

“İnterneti işlədən routerlər (yönləndiricilər) hər zaman bəzi servislərin yaxşı işləmələrini təmin etmək üçün bəzi traffiklərə öncəlik veriblər. YouTube və Netflix kimi servislərin işləmələrinin səbəbi odur ki, bu şirkətlər məzmunlarının çatdırılmasını təmin edən şəbəkələrə sərmayə qoyub. Bunlar hamısı abunəçilər üçün yaxşıdır, ona görə də biz internetin neytral olması barədə miflərdən uzaqlaşmalıyıq.”

FCC-nin rəhbəri Tom Uiller bildirir ki, onun təklifi internet istifadəçilərinin istədikləri zaman istədikləri sayta daxil olmaq haqlarını və gələcək ixtiraçıların haqlarını tanıyır.

FCC nümayəndələri fevralın 26-sı Uilerin təklifini səsə qoymalıdır. Federal məhkəmə əleyhinə qərar vermədən öncə “dəqiq tərəfziliyə” əməl olunurdu.

XS
SM
MD
LG