Accessibility links

Bu gün, bəzi hesablamalara görə təxminən 5 milyard səhifədən ibarət internet olmadan öz həyatımızı təsəvvür etmək çətindir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazıb.

Lakin, sadəcə təsəvvür edin: 50 il əvvəl İnternet yaradılan ilk illərdə, o ARPANET adlanırdı və həmin kiçik, gizli şəbəkə sistemi yalnız bir neçə təşkilatı birləşdirirdi.

David Newbury vaxtı ilə ölkənin aparıcı informatika məktəblərindən biri olan Carnegie Mellon-da işləyən atasından qalan və 1970-ci illərin əvvəlini əhatə edən bu xəritəni sizə təqdim etmək istəyirik.

Ilk internet

Ilk internet

Bu xəritədə siz ARPANET-in ilkin üzvləri olan Stanford, UCLA, Utah and UCSB məktəbərini görə bilərsiniz. 1973-cü ildə ARPANET şərq tərəfə genişlənərək, Case Western, Carnegie Mellon, Harvard və MİT ali məktəblərini öz şəbəkəsinə daxil edib. Son onilliklər ərzində texnologiyanın nə qədər inkişaf etməsini təsəvvür etmək çətindir. Növbəti 50 il ərzində bu sahədə baş verəcək dəyişiklikləri təsəvvür etmək belə çətindir.

Show comments

XS
SM
MD
LG