Accessibility links

Əli Abbasov: Azərbaycanda internetdən istifadə sərbəstdir


İnternet idarəçiliyi problemləri üzrə forum (İGF) çərçivəsində nazirlərin görüşü
İnternet idarəçiliyi problemləri üzrə forum (İGF) çərçivəsində nazirlərin görüşü

Azərbaycan rabitə və informasiya texnologiyaları naziri virtual məkanda təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb

Azərbaycan İnternetin inkişafında fəal iştirak edir, respublikada İnternetdən istifadə sərbəstdir, “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı isə bir milyon nəfərə yaxınlaşır.

Bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda keçirilən İnternet idarəçiliyi problemləri üzrə forum (İGF) çərçivəsində nazirlərin “Sıx əlaqəli dünyada çağırışlar” mövzusunda görüşündə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda İnternet xidmətlərinin inkişafına xüsusi diqqət yetirilir.

“İnternet hər kəs üçün əlyetərli, ondan istifadə sərbəst olmalıdır. Bu baxımdan, Azərbaycanda İnternet dövlətin nəzarəti və idarəçiliyi altında deyildir, ölkənin hər bir vətəndaşı üçün tamamilə əlyetərlidir”.

Müasir dünyanın fiziki və virtual hissələrə bölündüyünü deyən nazir virtual məkanda da təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

“Hazırda dünya ölkələri qarşısında duran ən mühüm vəzifələrdən biri məhz informasiya təhlükəsizliyi, virtual təhdidlərdən səmərəli müdafiə məsələsidir”, o qeyd edib.

Nazirlərin görüşündə BMT Baş katibinin müavini, iqtisadi və sosial əlaqələr departamentinin rəhbəri Vu Honqbo, BMT Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tur, UNESCO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanis Karklins, habelə Əfqanıstan, Albaniya, Misir, Sloveniya, Tunis, Rusiya, Ukrayna və digər ölkələrin nümayəndələri çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG