Accessibility links

Media Hüququ İnstitutu rəsmi saytlarda apardığı monitorinqin nəticələrini açıqlayıb

Dövlət qurumlarında orta onlayn şəffaflığı 31 faiz təşkil edir. Ən yüksək şəffaflıq göstəricisi 56 faiz, ən aşağı göstərici isə 10 faizdir.

Bu gün Media Hüququ İnstitutu “Dövlət qurumlarında Onlayn Şəffaflıq” hesabatını açıqlayıb. Hesabat 2013-cü il ərzində 67 mərkəzi dövlət qurumunu əhatə edən monitorinq əsasında aparılıb. Monitorinq Prezident Administrasiyasının, Məhkəmə orqanlarını və yerli icra hakimiyyəti qurumlarını əhatə etməyib.

Təqdimat mərasimində dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.

Media Hüququ İnstitutu rəsmi saytlarda apardığı monitorinqin nəticələrini açıqlayıb

Media Hüququ İnstitutu rəsmi saytlarda apardığı monitorinqin nəticələrini açıqlayıb

Layihənin rəhbəri Xalid Ağalıyev bildirib ki, monitorinq 184 növ məlumatı əhatə edir və bu məlumatlar 12 ölçü üzrə yerləşdirilib. Onlayn şəffaflığı sahəsində ölçülər üzrə müqayisəli göstəricilər belədir:

- rəsmi saytlarda qurumlarla bağlı məlumatlar 71 faiz (2012-ci ildə 63 faiz olub);
- qurumun strukturu ilə bağlı məlumatlar 46 faiz (2012-ci ildə 47 faiz);
- qurumun fəaliyyəti ilə bağlı məlumatlar 71 faiz (2012-ci ildə 63 faiz);
- qanunvericilik bazası və hüquqi aktlarla bağlı məlumatlar 44 faiz (2012-ci ildə 47 faiz);
- fiziki və hüquqi şəxslərin hüquq və azadlıqları, qanuni maraqlarının təmin edilməsi ilə bağlı qurumun fəaliyyəti barədə məlumatlar 8 faiz (2012-ci ildə 9 faiz);
- dövlət ehtiyacları üçün mal, iş və xidmətlərin satın alınması barədə məlumatlar 18 faiz (2012-ci ildə 19 faiz);
- kadr təminatı 32 faiz (2012-ci ildə 37 faiz);
- büdcənin icrası, maliyyə hesabatları barədə məlumatlar 4 faiz (2012-ci ildə 5 faiz);
- sayt üzrə naviqasiya rahatlığı (məlumata əlçatımlılıq) 32 faiz (2012-ci ildə 29 faiz);
- əlavə parametrlər - yəni saytın axtarış sistemlərində qeydiyyatı (Google, Yandex və s.) 18 faiz (2012-ci ildə 16 faiz);
- saytın mənfi məzmunu və funksiyaları (saytdakı məlumatlara çatmaq üçün proqramların olması) 86 faiz (2012-ci ildə 86 faiz).

Monitorinqin nəticələrinə görə ən yüksək şəffaflıq Vergilər Nazirliyi (56 faiz), Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (56 faiz), Dövlət Neft Fondu (56 faiz) və Respublika Prokurorluğunun (55 faiz) saytlarındadır. Ən aşağı aşkarlıq göstəriciləri isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (10 faiz), Bakı Metropoliten İdarəsinin (12 faiz), Müdafiə Nazirliyinin (12 faiz), Milli Təhlükəsizlik Nazirliyinin (14 faiz) saytlarına aiddir.

Təqdimatda iştirak edən media rəhbərləri və ekspertlər bir çox hallarda rəsmi saytlarda məlumatlara və xidmətlərə əlçatımlılığın mümkün olmadığını bildirib. Ekspertlər həmçinin saytlarda xidmətlərin sayının dövlət sənədlərində əks olunduğundan iki dəfədən də az olduğunu bildirib.

Turan agentliyinin direktoru Mehman Əliyev rəsmi qurumların informasiyalarının tam və əhatəli olmadığını deyib.

“Məsələn, Tarif Şurası sanki bütün rəsmi qurumlardan ayrıca fəaliyyət göstərir. Birdən məlumat verdilər ki, dövlət qurumlarının müraciətlərinə əsasən qiymətlər qaldırılıb. Amma, müraciətlər nə vaxt edilib, mətnində nə yazılıb, bu barədə hər hansı məlumat yoxdur. İndi, sənədlərə kommunal xidmətlərin qiymətinin artacağı barədə rəqəmlər daxil edilib. Ancaq, qiymətin nə vaxt qaldırılacağı, nə qədər artırılacağı barədə birbaşa məlumatlar yoxdur”. o qeyd edib.
XS
SM
MD
LG