Accessibility links

Əhməd Obalı:"Millət ayağa qalxıb sözünü deməli, etirazını bildirməlidir"


Əhməd Obalı:"Millət ayağa qalxıb sözünü deməli, etirazını bildirməlidir"

Əhməd Obalı:"Millət ayağa qalxıb sözünü deməli, etirazını bildirməlidir"

"Mənim fikrimcə, həm dünya yavaş-yavaş inanır, həm də İranda yaşayan başqa xalqlar da buna inanır ki, bu dərdləri rejimin içindən çıxan qruplar həll edə bilməyəcəklər, yenidən başqa bir formada burada islahat aparmaq lazımdır"

ABŞ-da Çikaqo şəhərində yerləşən Günaz TV Urmiyə gölünün quruması ilə əlaqədar etiraz aksiyalarını ən çox işıqlandıran media qurumlarından biridir.

Günaz TV-nin təsisçisi Əhməd Obalı bu yaxınlarda televiziyada çıxışında Urmiyə gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən aksiyaların işıqlandırılması ilə bağlı tənqidlərini səsləndirib. Amerikanın səsinin AzeriDiaspor bloquna müsahibədə Əhməd bəy bildirib ki, Urmiyədə hadisələrlə bağlı Günaz TV-yə çoxsayda məlumatlar gəlir.

O bu günlər Urmiyədə yaranmış vəziyyətlə əlaqədar etiraz nümayişlərinin mediada işıqlandırılması ilə bağlı tənqidlərini bildirmək üçün televiziya vasitəsilə dünya azərbaycanlılarına emosional müraciətində səsləndirdiyi kəskin tənqidlərə dair suallarımızı cavablandırırıb.

Əhməd Obalı deyib ki, Urmiyə gölündə bugünkü vəziyyət təcili diqqət tələb edir. O, xarici media qurumlarının məsələyə diqqətini ümumililkdə İranda gedən proseslərə böyük marağın olması ilə izah edərək deyib ki, İran rejimi daxilində islahatlar istiqamətində fəaliyyətlər nəticə verməyib.

"Mənim fikrimcə, həm dünya yavaş-yavaş inanır, həm də İranda yaşayan başqa xalqlar da buna inanır ki, bu dərdləri rejimin içindən çıxan qruplar həll edə bilməyəcəklər, yenidən başqa bir formada burada islahat aparmaq lazımdır"-də Əhməd Obalı bildirib.

Günaz TV-nin təsisçisi Əhməd Obalı ilə müsahibənin tam mətni ilə AzeriDiaspor bloqunda tanış ola bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG